Azərbaycan millisi Yunanıstanı həmişə yenib Ən azı 3 top fərqi ilə
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Avropa çempionatının əsas mərhələsində bu gün üz-üzə gələcək Azərbaycan və Yunanıstanın futzal milliləri indiyədək 5 dəfə qarşılaşıblar.
Fanat.Az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmaların hamısında yığmamız qalib gəlib.
İlk duel dünya çempionatının Xorvatiyada təşkil olunan qrup oyunları zamanı baş tutub və Azərbaycan 8:3 hesablı qalibiyyətə sevinib.
Sonrakı iki matç AÇ-2022-nin əsas mərhələsinə təsadüf edib. Yunanıstanda 3:0 hesabı ilə qalib gələn milli Bakıda daha məhsuldar olub - 4:0.
DÇ-2024-ün oyunlarında isə daha çox qol vurulub. Afinadakı qarşılaşmada rəqib qapısından 7 cavabsız top keçirən futzalçılarımız Bakıdakı oyunda rəqibini 5:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, bu gün Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 04 Fevral 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















