Icma.az
close
up
RU
Azərbaycan millisinə ilk dəfə dəvət alan futbolçu: Qarşıdakı oyunlarda ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik AÇIQLAMA

Azərbaycan millisinə ilk dəfə dəvət alan futbolçu: Qarşıdakı oyunlarda ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik AÇIQLAMA

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 13 noyabr, AZƏRTAC

İslandiya və Fransa çox ciddi rəqiblərdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ilk dəfə Azərbaycan millisinə dəvət alan Rüfət Abdullazədə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində evdə İslandiya və Fransa yığmalarına qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib. O, doğma meydanda oynamaqlarının özləri üçün əlavə üstünlük olacağına bildirib: “Öz meydançamızda oynayacağımız üçün bu amildən maksimum dərəcədə yararlanmaq istəyirik. Yeni baş məşqçimizin tapşırıqlarını tam şəkildə yerinə yetirməyə çalışacağıq. Layiqli mübarizə aparmaq və mümkün olan ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Hazırda Xorvatiyanın “Varazdin” klubunda çıxış edən yarımmüdafiəçi milli komandaya ilk dəfə dəvət aldığı üçün xoşbəxt olduğunu söyləyib: “Mənim üçün çox böyük qürur, sevinc və məsuliyyətdir. Hər bir futbolçunun ən böyük arzusu bir gün ölkəsinin formasını geyinməkdir və mənim üçün bu an çox xüsusi hisslər doğurur. Bu çağırışa qədər daim çox çalışmışam, çünki bilirəm ki, belə fürsətlər yalnız zəhmət və inamla qazanılır. İndi əsas məqsədim məşqlərdə özümü ən yaxşı şəkildə göstərmək və komandaya faydalı olmaqdır. Burada olmaq mənə əlavə motivasiya verir və gələcəkdə daha da irəliləmək üçün güc verir. Komandada çox yaxşı oyunçular var və onların arasında olmaq mənim üçün həm böyük şans, həm də öyrənmək imkanıdır. Hər zaman Azərbaycan futbolunu layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, bu dəvət mənim üçün uzunmüddətli milli karyeranın başlanğıcı olacaq”.

Qeyd edək ki, Azərbaycan - İslandiya matçı bu gün 8-ci kilometr qəsəbə stadionunda saat 21:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri