Icma.az
close
up
RU
Azərbaycan millisinin baş məşqçisi: Ermənistan üzərində qələbə çox gözəl oldu

Azərbaycan millisinin baş məşqçisi: Ermənistan üzərində qələbə çox gözəl oldu

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Atvars Vilde komandanın Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatındakı çıxışını dəyərləndirib.

İdman.biz xəbər verir ki, Latviyalı mütəxəssis bu barədə “Report”a açqlama verib.

O, turnirdəki məqsədlərindən danışıb: “Əla turnir oldu və çoxlu oyunlar keçirdik. Əsas məqsədimiz hər xal uğrunda mübarizə aparmaq idi. Və biz bunu etdik, bu da o deməkdir ki, set və oyun qazana bilərik. Komanda olaraq necə inkişaf etdiyimizi görmək məni həqiqətən sevindirir. Mənim üçün ən vacibi də budur. İşimizə davam edirik və bu turnir göstərdi ki, biz düzgün yoldayıq”.

Baş məşqçi komandaya daha çox təcrübə lazım olduğunu söyləyib: “Qrup oyunları və pley-off fərqlidir, indi hər oyunda ən yaxşı performansımızı göstərməliyik. Bunu da etdik. Zəhmətimiz bəhrə verir. Bizə, sadəcə, daha çox təcrübə lazımdır və bəlkə növbəti dəfə ilk “4-lük”də olarıq. Latviyanın ikinci komandasına qalib gəlsək də, birinci heyətinə uduzduq”.

U-20 yığmasına da rəhbərlik edən baş məşqçi bu komandaların yarışında Ermənistan üzərində qələbəni xüsusi qeyd edib:

“Ermənistan üzərində qələbə çox gözəl oldu. Çünki bu, Azərbaycan komandası ilə rəsmi Avropa turnirində qazandığım ilk qələbə idi. Ona görə də çox önəmli idi və biz gücümüzü göstərməliyik”.

O, qarşıdakı planlardan da danışıb: “Azərbaycan, həmçinin U-18, U-20 və U-22 Avropa çempionatlarına hazırlaşacağıq. İndi bir neçə gün istirahət vaxtıdır və daha sonra yenilənmiş beyinlə geri dönəcəyik”.

Qeyd edək ki, A.Vildenin rəhbərlik etdiyi U-18 millimiz EEVZA çempionatını beşinci pillədə başa vurub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 İyul 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri