Azərbaycan millisinin baş məşqçisi: Sevindiricidir ki, gimnastlarımız bizi məyus etmədilər
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şəki, 3 oktyabr, AZƏRTAC
Hər şey çox yaxşı alındı. Çünki yeddi finaldan altısında medalçılar sırasında yer aldıq. Halbuki yarışdan öncə beş medal planlaşdırırdıq. Ona görə də nəticədən çox razı qaldıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri batut gimnastikası üzrə Azərbaycan millisinin baş məşqçisi Vladimir Şulikin yığmanın III MDB Oyunlarındakı nəticələrini dəyərləndirərkən deyib.
O, yarışın əla keçdiyini bildirib: “Hətta qızların sinxron proqramında da medal götürə bildik. Halbuki sadəcə finala çıxmağı hədəfləmişdik. Amma elə oldu ki, yaxşı çıxış etdilər və üçüncü oldular. Ən əsası odur ki, idmançılarımız bizi məyus etmədilər. Hamı çox çalışdı. Həm qızlar, həm oğlanlar əllərindən gələni etdilər”.
Mütəxəssis güclü rəqiblərlə mübarizə apardıqlarını söyləyib: “Xüsusilə qeyd etmək istəyirəm ki, dünyanın ən güclüləri ilə yarışdıq. Rəqabət olduqca güclü idi. Rusiya və Belarusdan Olimpiya və dünya çempionları iştirak edirdi. Ona görə də xüsusilə Olimpiya proqramına daxil olan fərdi yarışda qələbə qazanmaq çox xoş oldu. Maqsud Mahsudov Olimpiya çempionunu məğlub edərək qızıl medal qazandı. Bu, çox sevindiricidir. İndi isə çalışacağıq ki, yolumuza davam edək. Növbəti hədəf “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarıdır”.
Qeyd edək ki, Azərbaycan millisi III MDB Oyunlarını 1-i qızıl, 2-si gümüş, 3-ü bürünc olmaqla ümumilikdə 6 medalla bitiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 03 Oktyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















