Icma.az
close
up
RU
Azərbaycan millisinin basketbolçusu: Növbəti Olimpiadaya vəsiqə əldə etməklə yeni tarix yazmaq istəyirik MÜSAHİBƏ AZƏRTAC

Azərbaycan millisinin basketbolçusu: Növbəti Olimpiadaya vəsiqə əldə etməklə yeni tarix yazmaq istəyirik MÜSAHİBƏ AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 21 yanvar, AZƏRTAC

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Dina Ulyanova AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

-Azərbaycan qadın basketbolu üçün ötən ili necə qiymətləndirirsiniz?

- Ötən il çox uğurlu və emosional hisslərlə dolu oldu. Komanda olaraq yaxşı mübarizə apardıq. Mənə görə, 2024-cü il inanılmaz idi.

- Geridə qoyduğumuz 2024-cü ildə ən yadda qalan xatirəniz hansı olub?

- Basketbolun 3x3 növü üzrə Azərbaycan millisinin heyətində iki anı heç vaxt unutmayacağam. Birincisi, Honkonqda təşkil olunan yarışın həlledici mərhələsində Polşa seçməsini məğlub edərək “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağımız idi. Bu, idman karyeramda çəkdiyim əziyyətin bəhrəsi oldu. İkinci məqam isə Parisdə tribunada oturub rəqiblərimizin oyununu izləməyimiz idi. Həmin an Olimpiadada əldə edəcəyimiz yekun nəticənin rəqiblərimizin gücündən asılı olduğunu görürdüm.

- Necə düşünürsünüz, Azərbaycan qadın basketbolunun hazırkı çatışmazlıqları hansılardır?

- Əgər çatışmazlıqlardan danışırıqsa, düşünürəm ki, əsas boşluq aşağı yaş qruplarındadır. Gənc qızların əksəriyyəti 16 yaşdan aşağıdır. Qadın liqasının olmaması inkişafa ciddi təsir göstərir. Kişilərdə hər şey fərqlidir. Burada çempionat və müxtəlif yaşda olan yaxşı oyunçular var. Hazırda Azərbaycan Basketbol Federasiyası inkişaf üçün əlindən gələni edir. Artıq ölkəmizdə qadın basketbolu yavaş-yavaş canlanmağa başlayıb.

- Azərbaycan qadın basketbol millisində əcnəbi oyunçuların olması vacibdirmi?

- İndiki məqamda legionerlər olmasa idi, heç nə olmazdı, hətta Olimpiadaya vəsiqə qazana bilməzdik. Bizim yerli qızlarımız məhz əcnəbi basketboçulara baxaraq nəsə öyrənir. Dünyanın hər yerində milliləşdirmə var. Ümid edirəm ki, yaxın gələcəkdə vəziyyət dəyişəcək və Azərbaycan idmançıları legionerlərin köməyi olmadan beynəlxalq yarışlarda layiqincə çıxış edəcəklər.

- Basketbolun 3x3 növü üzrə Azərbaycan yığması ilə “Paris-2024”də vəsiqə qazanmaqla tarix yazdınız. Həmin komandanın bəzi basketbolçularının yaşı çoxdur. Sizcə, yeni nəsil oyunçularla “Los-Anceles-2028”ə vəsiqə əldə edə bilərikmi?

- Komandada hər şey bir oyunçudan asılı olmur. Əldə etdiyimiz uğur hər kəsin zəhməti hesabına başa gəlir. İnanıram ki, Azərbaycan millisi “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına da vəsiqə qazanacaq. Ancaq hər şey FIBA-nın qoyduğu şərtlərdən də asılı olacaq. Komandaların sayını artırmaq yaxşı olardı. İndi 3x3 idman növü çox inkişaf edib. Bu növdə uğurlu çıxış edən ölkələr var. Bizə gəlincə, yazdığımız tarix heç vaxt unudulmayacaq. Növbəti Olimpiadaya vəsiqə əldə etməklə yeni tarix yazmaq istəyirik. Bütün şanslardan maksimum istifadə etmək lazımdır.

-Daha neçə il basketbol oynamağı planlaşdırırsınız?

-Bu, qadından yaşını soruşmağa bənzədi (gülür). Gücüm çatanadək oynayacağam.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri