Azərbaycan millisinin üzvü: “Öz yerimi kiməsə vermək fikrim yoxdur”
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Çətin oyun olacağını gözləyirdik. Komanda olaraq döyüşdük. Epizodlarımız rəqibdən daha çox oldu. Sonluğu gətirə bilsəydik, nəticə fərqli ola bilərdi”.
Bu sözləri Azərbaycan millisinin üzvü Rüfət Abbasov deyib.
O, DÇ-2026-nın seçmə mərhələsində Bakıda İslandiyaya 0:2 hesabı ilə uduzduqları oyun barədə danışıb: “Debüt matçım idi və istəməzdim ki, məğlub olaq. Həmişə forma şansı gözləyirəm. Formanı qorumaq istəyirəm, öz yerimi kiməsə vermək fikrim yoxdur. Nə zaman şans verilərsə, özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Komandaya və məşqçilər heyətinə təşəkkür edirəm. İslandiya çox güclü komandadır. Nəticə ürəkaçan olmadı, istərdik xal qazanaq. Amma yaxşı epizodlarımız oldu. Qol imkanlarımız çox idi, amma yararlana bilmədik. Bunun üzərində işləyib, daha yaxşı çıxış etməyə çalışacağıq”, deyə o, “teleqraf”a açıqlamasında qeyd edib.
Abbasov Fransa ilə qarşıdakı oyuna da toxunub: “Fransanın gücü hamıya bəllidir. Amma buna baxmayaraq, sona qədər döyüşəcəyik. Komanda olaraq hər şeyin ən yaxşısını etməyə çalışacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 14 Noyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















