Azərbaycan Misirdə yeniyetmələr arasında qılıncoynatma üzrə dünya çempionatında iştirak edəcək
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qahirə, 26 yanvar, AZƏRTAC
Yanvarın 31-dən fevralın 2-dək Misirin yeni inzibati mərkəzində yeniyetmələr arasında qılıncoynatma üzrə dünya çempionatı keçiriləcək.
AZƏRTAC “Koraplus” saytına istinadla xəbər verir ki, idman tədbirinə 45 ölkədən ümumilikdə 471 iştirakçının qatılması gözlənilir. Bunlardan 383-ü idmançıdır (221 oğlan və 162 qız). Həmçinin tədbirdə 88 nəfər məşqçi və müşayiətçi iştirak edəcək.
İdman yarışında iştirak edəcək ölkələrin adları açıqlanıb. Dünya çempionatında Misirlə yanaşı, Azərbaycan, Anqola, Argentina, Avstraliya, Belçika, Braziliya, Bolqarıstan, Çin, Tayvan, Xorvatiya, Çexiya, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Honq Konq, Macarıstan, İtaliya, Qazaxıstan, Livan, Lüksemburq, Makao, Mərakeş, Niderland, Norveç, Rusiya, Paraqvay, Polşa, Rumıniya, Serbiya, Sloveniya, İsveçrə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları, Özbəkistan, Venesuela, Yəmən, Səudiyyə Ərəbistanı, Ukrayna, İordaniya və Oman qılıncoynadanları yarışacaqlar.
Ev sahibi turnirdə ən çox iştirakçı ilə (31 idmançı – 16 oğlan və 15 qız) təmsil olunur.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 26 Yanvar 2025 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















