Icma.az
close
up
RU
Azərbaycan Misirlə biznes dairələri arasında əməkdaşlığı müzakirə edib

Azərbaycan Misirlə biznes dairələri arasında əməkdaşlığı müzakirə edib

Azərbaycan və Misir arasında biznes dairələri arasında əməkdaşlıq müzakirə edilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

Onun sözlərinə görə, müzakirələr ölkəmizdə səfərdə olan Misirin beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşatla görüşdə baş tutub.

"İki ölkə arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və Misir tərəfinin Orta Dəhlizlə daşımalara cəlb olunması məsələlərini müzakirə etdik. Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində növbəti addımlar, o cümlədən biznes dairələri arasında əməkdaşlığa dair fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

seeBaxış sayı:61
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri