Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 13 oktyabr, AZƏRTAC
Türkiyədə maket modelləşdirməsi üzrə “Ankara Model Show 2026” beynəlxalq sərgi-müsabiqəsi keçirilib. İxtisaslaşmış ictimaiyyətin payız mövsümünün əsas tədbirlərindən biri olan sərgi Türkiyənin aparıcı klublarını və xarici ölkələrdən olan ustadları bir araya gətirib. Tədbir çərçivəsində zirehli texnika, aviasiya, avtomobillər və miniatürlərdən ibarət geniş ekspozisiyalar nümayiş etdirilib, həmçinin ustad dərsləri və ticarət markalarının təqdimatları keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin əsas fiquru 11 yaşlı Fərid Rəhimov olub. O, indiyədək özü üçün maketlər hazırlasa da, yalnız bu ilin fevralında kluba üzv olub. Buna baxmayaraq, ABŞ istehsalı olan yarım tırtıllı zirehli transportyorun maketinə görə “Gənclər” kateqoriyasında birinci yerə layiq görülüb və qızıl medal qazanıb.
Onun müəllimi, Azərbaycan Modelçilər Klubunun rəhbəri İlqar İsmayılov da böyük uğur əldə edib. Onun hazırladığı azərbaycanlı xüsusi təyinatlı hərbçi fiquru üçüncü yeri tutub. Beynəlxalq tədbirlərdə ölkəmizi mütəmadi təmsil edən İ.İsmayılov özü isə maket modelləşdirməsinin inkişafına verdiyi töhfəyə görə xüsusi mükafata layiq görülüb.
Bundan əlavə, Azərbaycan komandası sərgidə unikal eksponat olan Fransanın FCM-36 tankının maketini təqdim edib. Tamamilə Azərbaycanda layihələndirilərək hazırlanan bu maketin dünyada eyni ölçüdə analoqu yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 13 Oktyabr 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















