Icma.az
close
up
RU
Azərbaycan məhsulları “DSA 2026” sərgisində nümayiş etdirilir

Azərbaycan məhsulları “DSA 2026” sərgisində nümayiş etdirilir

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Aprelin 20-də Malayziyanın Kuala Lumpur şəhərində “DSA 2026” 19-cu Asiya Müdafiə Xidmətləri Sərgisi öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Mehman Baxışovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Newscenter.az xəbər verir ki, sərgidə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinə (“Azərsilah”) məxsus 72 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir. Eyni zamanda, “Azərsilah”ın stendində Azərbaycanın “USH Group”, “Synapline”, “Q-STP”, “6L Systems” və “RD Smart” şirkətləri də öz məhsullarını sərgiləyirlər.
Malayziyanın Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilən “DSA 2026”da 50 ölkədən 600-dən çox yüksək səviyyəli nümayəndə heyəti, 1400 şirkət iştirak edir.
Sərgi çərçivəsində Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Musa Heybət, Malayziya müdafiə nazirinin müavini Adli bin Zahari və Sinqapur Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aaron Benq ilə görüşüb.
Görüşlərdə mövcud münasibətlərin ümumi vəziyyəti müsbət qiymətləndirilərək, qarşılıqlı əlaqələrin gücləndirilməsinin əhəmiyyətinə toxunulub. Tərəflər müxtəlif platformalarda əməkdaşlıq imkanlarının araşdırılmasının vacibliyini qeyd ediblər.
Eyni zamanda, beynəlxalq əməkdaşlığın əhəmiyyəti və müdafiə sənayesi sahəsində təcrübə mübadiləsinin rolu, həmçinin gələcəkdə belə dialoqların davam etdirilməsinin önəmi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, sərgi aprelin 23-də başa çatacaq.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Aprel 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri