Icma.az
close
up
RU
Azərbaycan mövqeyində qətidir!

Azərbaycan mövqeyində qətidir!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Ermənistan yalanların arxasında gizlənməyə çalışır

Ermənistan yüz illərdir ki, saxta əməlləri ilə özünə tarix yaratmağa çalışır, dünyanın gözündən pərdə asmağa cəhd göstərir. Hələ 1990-cı illərdə Azərbaycana qarşı apardığı işğalçı və təcavüzkar siyasətin üstünü ört-basdır etmək üçün min bir dona girir, min bir yalan danışır, özlərini dünyaya məzlum millət kimi təqdim etməyə çalışırdılar. Amma haqq nazilir, üzülmür - Azərbaycan 30 ildən sonra bu haqsızlığı öz gücü, öz iradəsi ilə aradan qaldırdı. Torpaqlarımız işğaldan azad olundu, suverenliyimiz bərpa edildi. Hazırda Cənubi Qafqazın uğurlu gələcəyini, yeni iqtisadi inkişaf mərhələsini formalaşdırmaq üçün mühüm konsepsiyalar irəli sürürük. Bunun üçün isə bölgədə sülhün yaranması ən zəruri şərtdir - Ermənistanın destruktiv mövqedən əl çəkməməsi isə sülh prosesini yubadır, yeni münasibətlər sisteminin oturuşmasına mane olur.

Yenə böhtan, yenə əsassız iddia, yenə yalan, yenə də qərəz

Təssüfləndirici haldır ki, Azərbaycanın sülh təşəbbüsləri Ermənistan tərəfindən mənipulyasiyaya uğradılsa da, ikincilər yenə də öz yalanları ilə ön plana keçmək istəyirlər. Azərbaycanın mövqeyi bəlli və açıqdır - biz, regionda ədalətin və sülhün bərqərar olmasını, daim yaşamasını, sabitliyin bərqərar edilməsinin tərəfdarıyıq. Ermənistan isə dildə “sülh” çağırışları etsə də, arxa planda yenə də aqressiyanın qalması üçün əlindən gələni əsirgəmir. Məsələn, bu ölkənin qeyri-qanuni və aktiv şəkildə silahlandırılması bölgədə revanşist ab-havanın yenidən qızışdırılmasını deməyə əsas verir. Xüsusilə, Fransanın İrəvanı öldürücü silahlarla təmin etməsi regionda olduqca təhlükəli bir vəziyyət yaradır.

Amma Ermənistan bunu təsdiq etmir - tam əksinə, Azərbaycanın və azərbaycanlıların fundamental hüquqlarının tapdanmasına, bölgədə müharibə vəziyyətinin saxlanmasına yönəlik addımlarıın arxasından qaçırlar, bəzi hallarda hətta bizi belə günahlandırmağa cəhd göstərirlər. Amma artıq vəziyyət başqadır - 1990-cı illərdən fərqli olaraq, indi erməni yalanı nə ayaq tutur, nə də yeriyir.

Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 10-da “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı, Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı yalan iddiaları, eləcə də bir çox əsassız fikirlər qeyd edilir. Özünü dünyaya “demokrat” cildində təqdim edən Paşinyan yenə də öz erməni ampluasındadır - yenə böhtan, yenə əsassız iddia, yenə yalan, yenə də qərəz...

Ermənistan hərbi potensialını artırmaqla...

Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı mövqe bildirib. Qurumun mətbuat katibi Ayxan Hacızadə Paşinyanın iddiaları ilə bağlı şərhində deyib ki, bu, reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır: “Maraqlıdır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik hərbi işğaldan əlavə, üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayan ölkəni təmsil edir”.

A.Hacızadə bildirib ki, 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə görə, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir: “Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq, Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir”.

Azərbaycanlıların təhlükəsiz, ləyaqətli qayıdışı...

Paşinyan vaxtilə Ermənistandakı ata-baba torpaqlarımızdan zorla qovulan, deportasiya olunan azərbaycanlıların hüquqlarını tanımaq istəmir - tam əksinə, onların qayıdış hüququnu hər vəchlə istisna etməyə çalışır. Amma ortada real tarix, əlahəzrət fakt var - tarixən həmin torpaqlarda azərbaycanlılar yaşayıb və həmin ərazilərin tarixi-mədəni keçmişi birmənalı şəkildə azərbaycanlılara məxsusdur. Paşinyanın bu cəhdi də işə yaramır. Məsələyə münasibətində A.Hacızadə deyib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbit edilmiş qayıdış hüququna əsaslanaraq əsas məqsədləri qovulduqları torpaqlara təhlükəsiz, ləyaqətlə qayıdış olan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddiaları tamamilə əsassızdır: “Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə, o cümlədən icmanın bəyan olunmuş məqsədlərinin yanlış təfsir edilməsi ilə bu hüququ danması bir daha bu ölkənin siyasətinin bir vaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkil etdiyi Ermənistanda hazırda azərbaycanlıların olmamasına gətirib çıxaran qəddarlığının səviyyəsini göstərir”.

Bir tərəfdən ərazi bütövlüyünü tanıyır, digər tərəfdən...

Paşinyan iddia edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır - amma gəlin görək, Ermənistan bu addımı səmimi şəkildəmi atır? Xeyr. Azərbaycanın gücü və iradəsi Ermənistanı öz əsassız iddialarından geri çəkilməyə məcbur edib. Amma sabah onların hansısa bir təhriklə yenidən eyni mövqedən çıxış etməyəcəyi istisna olunmur. Necə ki, illərdir özünün Konstitusiyasında məhz belə bir əsassız iddianı rəsmi şəkildə əks etdirir. Necə ki, özünü “demokrat” adlandıran Paşinyan bir zamanla “Qarabağ Ermənistandır və nöqtə” deyirdi. Təsadüfi deyildi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söyləyən Paşinyan Qarabağdakı qondarma xuntaya “təbrik məktubu” ünvanlayırdı.

Bununla bağlı A.Hacızadə bildirib ki, Ermənistan baş nazirinin 2022-ci il Praqa görüşünə, 1991-ci il Alma-Ata Bəyannaməsinə, sülh sazişi layihəsinin Ermənistanın həqiqətən Azərbaycana qarşı heç bir iddiasının olmadığını və olmayacağını təsbit etmək üçün nəzərdə tutulan bəndlərinə istinadlar məhz N.Paşinyan tərəfindən bir neçə ay sonra - 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərindəki qondarma rejimin “müstəqilliyi” ilə bağlı təbrik mesajı göndərilən zaman, habelə Ermənistanın konstitusiyasında yer alan ərazi iddialarına və Alma-Ata Bəyannaməsinə qoşulan zaman edilmiş qeyd-şərtlərə göz yumması nəticəsində heçə endirilib: “Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil”.

Bu cür yanaşma Ermənistanın qeyri-səmimiliyini göstərir

A.Hacızadə onu da əlavə edib ki, Ermənistan öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması sahəsində əməli addımlar atmaq əvəzinə, diqqəti bu prosesdən yayındırır. Bu istiqamətdə praktiki addımlarla irəliləmək əvəzinə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan təkliflər irəli sürməsi anlaşılmazlıqlara gətirib çıxarır və reallıqları təhrif edir. “Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarət mexanizmlərinin yaradılmasına gəldikdə isə, 30 ildən artıq müddətdə Ermənistanın özünün iştirak etdiyi silahlara nəzarət mexanizmlərini kobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika və silahların böyük hissəsini beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi, onları bizim ərazilərimizdə qanunsuz yerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cür yanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticə çıxarmağa imkan verir. Biz qətiyyətlə Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq”, - deyə A.Hacızadə vurğulayıb.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Fevral 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see420

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see276

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see237

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see216

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see209

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see207

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see200

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see195

Bir dəqiqəyə bir kiloqram bal yedi

11 İyun 2026 01:11see187

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see185

Azərbaycanda yeni bankın yaradılması TƏKLİFİ Faizlər daha əlçatan olacaq

11 İyun 2026 16:24see181

Vuçiç Baş nazir olmaq istəyir

11 İyun 2026 03:08see179

Makrona gələ bilməyəcəyini dedi

12 İyun 2026 01:11see172

DÇ 2026 nın açılış mərasimi baş tutdu VİDEO

12 İyun 2026 01:07see169

Qeydiyyat yoxdursa, vətəndaş da yoxdur: “Qara biznes”ə qapı açılıb

11 İyun 2026 17:00see168

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırmır ARAŞDIRMA

12 İyun 2026 03:47see165

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see163

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see161

Son zənglə bağlı valideynlərə çağırış edildi

11 İyun 2026 13:29see159

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

11 İyun 2026 23:21see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri