Icma.az
close
up
RU
Azərbaycan muğamı dünya musiqisinin məşhur nümunəsində

Azərbaycan muğamı dünya musiqisinin məşhur nümunəsində

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vətənpərvər mahnıların ifaçısı, müğənni Rəşad İsmayıl dünya musiqisinin məşhur nümunələrindən olan “I Say a Little Prayer” kompozisiyasını Azərbaycan muğamı ilə Qərb estrada musiqisinin sintezində yeni formatda təqdim edib.

Sənətçi layihə haqqında fikirlərini bölüşərək bildirib ki, ötən əsrin 60-cı illərinin sonlarında Qərbdə böyük populyarlıq qazanan mahnını ilk dəfə Dionne Warwick ifa edib. 1968-ci ildə isə Aretha Franklinin ifası əsərin daha geniş auditoriyaya çatmasına və dünya musiqi tarixində özünəməxsus yer tutmasına səbəb olub. Sonrakı illərdə kompozisiya müxtəlif animasiya və bədii filmlərdə, televiziya proqramlarında və konsertlərdə səsləndirilib.

Rəşad İsmayıl qeyd edib ki, gənclik illərindən Qərb musiqisinə xüsusi maraq göstərib və bu mahnını da həmişə sevərək dinləyib. Onun sözlərinə görə, kompozisiyanı yeni musiqi yanaşması ilə təqdim etmək qərarı illər əvvəl formalaşıb. Bu ideyanın reallaşdırılması üzərində iş isə iki il davam edib.
Layihənin çəkilişləri Azərbaycan, Dubay, Polşa, Almaniya və İsveçrədə aparılıb. Müğənni bildirib ki, sözügedən ölkələrə əsasən işgüzar və qastrol səfərləri çərçivəsində etdiyi səyahətlərdən layihənin çəkilişləri üçün də yararlanıb. Kompozisiya ilk dəfə ötən il, sənətçinin 45 illik yubileyində ifa olunub və həmin canlı ifa anları da klipə daxil edilib.

“Bir Ailə Hekayəsi” (One Family’s Story) adlandırılan layihənin diqqətçəkən cəhətlərindən biri də ailə üzvlərinin və yaxın dostların çəkilişlərdə iştirakı olub.

Musiqi layihəsi Xəyyam Xəlilovun ifasında “Bayatı-Şiraz” muğamı ilə başlayır. Əməkdar artist Əliağa Sədiyev tarda, Fərid Mayılov isə saksofonda müşayiət edir.

Kompozisiyanın aranjimanı musiqiçi və aranjimançı Vasif Arifoğlu tərəfindən hazırlanıb. Qeyd edək ki, “I Say a Little Prayer” mahnısının musiqisi Burt Bacharach, sözləri isə Hal Davidə məxsusdur.

Rəşad İsmayılın sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycan muğamının zənginliyini Qərb estrada musiqisi ilə sintez edərək beynəlxalq auditoriyaya çatdırmaqdır. Sənətçi arzulayır ki, onun yeni ifası ABŞ-da, Avropada və dünyanın digər ölkələrində dinləyicilərin diqqətini cəlb etsin, milli musiqi irsimizin fərqli janrlarla vəhdətdə təqdimatı geniş rəğbət qazansın.

O, bu təşəbbüsün yalnız musiqi layihəsi kimi deyil, həm də Azərbaycan muğamının beynəlxalq musiqi məkanında tanıdılmasına töhfə verən yaradıcı yenilik kimi tarixə düşəcəyinə ümid etdiyini bildirib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Noyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri