Icma.az
close
up
RU
Azərbaycan muğamının əbədi Xanı!

Azərbaycan muğamının əbədi Xanı!

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Onun səsində Şuşanın dağları, Qarabağın nəfəsi vardı...

Musiqi tariximizdə elə sənətkarlar var ki, onların adı uzun illər keçsə də, xalqın mənəvi yaddaşının ayrılmaz hissəsinə çevrilir. Belə sənətkarlardan biri olan İsfəndiyar Cavanşirov Azərbaycan muğamının, xanəndəlik məktəbinin və musiqi mədəniyyətimizin tarixində özünəməxsus, silinməz iz qoyub. Geniş səs diapazonu ona istər bəmdə, istərsə də zildə oxumaq imkanları verirdi.

Bu gün görkəmli xanəndənin anadan olmasından 125 il ötür. Azərbaycan tamaşaçısı onu Xan Şuşinski adı ilə tanıdı və sevdi.

Nə üçün Xan?

İsfəndiyar Cavanşirovun Xan adlandırılmasının maraqlı tarixi var. Belə ki, hələ kiçik yaşında olarkən ustadı İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə iştirak edirmişlər. İslam Abdullayevin xahişi ilə ev yiyəsi qrammofonu qurur və Təbrizli Əbülhəsən xanın ifasında “Kürd Şahnazı” muğamını dinləyirlər. Məclisdə olanların heyranlıqla qulaq asdığını görən İslam Abdullayev üzünü yeniyetmə İsfəndiyara tutaraq, bəlkə sən də “Kürd Şahnazı” oxuyasan deyir. Ustadının sözünü yerə salmayan İsfəndiyar muğamı elə bir şövqlə, daha zildən ifa edir. Onun bu ifasına heyran qalan bütün məclis əhli alqışlarla qışqırır: “Əsl xan elə bu imiş ki...”. İslam Abdullayev şagirdinə xeyir-dua verərək: “Bu gündən sən oldun Xan”, - deyir.

Beləliklə, Azərbaycan muğam sənətinin Xanı-Xan Şuşinski yaradıcılığının uğurlu, şöhrətli dövrü başlayır. Onun bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin də böyük təsiri olmuşdu. O, öz müəllimlərindən “Mirzə Hüseyn segahı”, “Rast”, “Şüştər”, “Şur” kimi bir çox muğam və xalq mahnılarını öyrənib.

Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də mahnılarını Xan Şuşinskinin ifasında dinləməkdən xüsusi zövq alırmış, xüsusən də “Qaragöz” mahnısını...

Məclislərdə bədahətən yaranan əsərlər...

1920-ci illərdən sonra Xan Şuşinski vaxtaşırı Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirir. Bakıya gəldiyi zaman verdiyi konsertlərdə izdiham yaşanır, insanlar onun ifasını canlı dinləmək üçün sel kimi axışır. Xan əminin Bakıya köçməsini o dönəmdə Azərbaycanın kommunist rəhbəri olan Mircəfər Bağırovla bağlayırlar. Belə ki, 1938-ci ildə Moskva dekadasına getməyən Xan Şuşinski barədə söz-söhbət gəzirmiş ki, Şuşada toyları qoyub Moskvaya vacib dövlət tədbirinə getmək istəməyib. Bundan hiddətlənən Mircəfər Bağırov Xan Şuşinskinin Bakıya köçürülməsini əmr edir və 1939-cu ildə - 38 yaşında Xan Şuşinski Bakıya köçür...

Xanəndənin repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərb muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alır, ifasında daha fərqli, yeni çalarlarda səslənirdi. Xan Şuşinski 1923-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk rəsmi çıxışını edib.

Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri də Xana məxsusdur. Onun mahnılarının demək olar, hamısı məclislərdə bədahətən yaranıb. Xan Şuşinski məşhurluğun, şöhrətin bütün məqamlarına yüksəlmişdi. Onun ifasını təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə, qastrol səfərində olduğu dövlətlərdə də sevib, alqışlarla qarşılayıblar.

Xanəndənin eyni zamanda, simfonik orkestrlə də ifaları var. Simfonik orkestrin müşayiəti ilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Ümumiyyətlə, musiqi tariximizdə bir çox ilklər onun adı ilə bağlıdır. İlk dəfə duet janrında da Xan Şuşinski Şövkət Ələkbərova ilə “Yaylıq” adlı mahnı ifa edib.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiadasında böyük müvəffəqiyyət qazanaraq birinci mükafata layiq görülür. O, səfər etdiyi bütün ölkələrdə Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdi...

Azərbaycan musiqi sənətində göstərdiyi yüksək xidmətə və muğamlarımızı dünyada layiqli təbliğ etdiyinə görə, 1943-cü ildə birbaşa Azərbaycan Xalq artisti adına layiq görüldü. Bu fəxri ada layiq görülməsindən bir il sonra, yəni 1944-cü ildə Məhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfərinə yollanan Xan əmi  səfər zamanı Tehran da daxil olmaqla, İranın 4 şəhərində böyük konsert proqramı ilə çıxış edib. Elə həmin ilin dekabr ayında Tiflisdə keçirilən Zaqafqaziya respublikalarının musiqi dekadasında iştirak edir. Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında keçirilən konsertdə Xan Şuşinski “Qatar”, “Səmavi-şəms” muğamını oxuyaraq böyük müvəffəqiyyət qazanır...

Görkəmli xanəndə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. 40 ildən çox Azərbaycan Dövlət Filarmoniyasında solist olan Xan Şuşinski ömrünün son illərində Asəf Zeynallı adına Bakı Musiqi Kollecində xanəndəlik sinfində dərs deyərək muğam ifaçılarının yeni nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərib. Dahi sənətkar gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək şərəflə daşıyaraq Azərbaycan musiqisinin həqiqi Xanı olub.

Səhnədən də Xan kimi getdi!

Xan Şuşinski ölümünə 10 il qalmış heç vaxt əlinə qaval alıb bircə ağız belə oxumur və təbii ki, səhnəyə çıxmır. Bu, Azərbaycanın mədəniyyət tarixində vaxtında səhnədən getməyin ən ağayana nümunəsi hesab olunur. Dahi sənətkarın səsinin yadigarı kimi günümüzə cəmi 240 dəqiqəlik lent yazısı gəlib çatıb. Muğam sənətimizin korifeyi 1979-cu ildə vəfat edib və Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilib. Dünyaya çox xanlar gəldi-getdi. Lakin bircə Xan qaldı! O da muğam sənətimizin xanıdır...

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Avqust 2026 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri