Icma.az
close
up
RU
Azərbaycan multikulturalizmi bəşəri örnəkdir

Azərbaycan multikulturalizmi bəşəri örnəkdir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür

16 Noyabr Beynəlxalq Tolerantlıq Günü qlobal miqyasda müxtəliflik, sosial barış və birgəyaşayış ideyalarının normativ çərçivədə yenidən xatırlandığı tarixi gündür. Ancaq bəzən nəzərə alınmayan vacib məqam odur ki, dözümlülük təhlükəsizlik, inkişaf və dövlətçilik məsələsidir. Azərbaycan modeli isə dini və etnik müxtəlifliyi idarəetmə mədəniyyətinin, milli kimlik siyasəti ilə inklüzivlik arasında strateji balansın nadir nümunəsidir. Müasir çoxqütblü sistemdə dövlətlərin öz “yumşaq güc” arxitekturasını formalaşdırdığı bir vaxtda Azərbaycanın multikulturalizm strategiyası regional və beynəlxalq müstəvidə siyasi əhəmiyyət qazanır.

Azərbaycan multikulturalizmi haqqında danışarkən, ilk növbədə, onu dövlətçilik mədəniyyətinin uzunmüddətli tərkib hissəsi kimi anlamaq lazımdır. Azərbaycan ərazisi fərqli imperiyaların, ticarət yollarının və dini mədəniyyətlərin kəsişdiyi coğrafi məkanda yerləşdiyinə görə burada müxtəliflik həmişə sosial reallıq olub. Lakin bu müxtəliflik zamanla sosial təcrübədən dövlət idarəçiliyinin struktur elementinə çevrilib. Azərbaycanın müasir multikulturalizm konsepsiyasını fərqləndirən məhz bu transformasiyadır: müxtəliflik siyasi sistemi sabitləşdirən, milli identikliklə ziddiyyət yaratmayan və təhlükəsizliyi gücləndirən bir mexanizm kimi sistemləşdirilir.

Multikulturalizm burada dövlət tərəfindən qorunan normativ çərçivədir. Belə bir yanaşmanın əsasında hüquqi baza dayanır. Konstitusiyada din, vicdan və etnik kimlik azadlığının təmin edilməsi multikulturalizmə hüquqi status da qazandırır. Buna paralel olaraq müxtəlif dini icmaların fəaliyyətinə dövlət dəstəyi, məbədlərin və tarixi-mədəni irsin bərpası, eləcə də icmaların təşkilati və təhsil strukturlarının gücləndirilməsi bu modelin praktiki icrasını formalaşdırır.

Azərbaycan modeli Qərbdə son illər “liberal multikulturalizm böhranı” ilə bağlı aparılan müzakirələrdən fundamental şəkildə fərqlənir. Qərbdə multikulturalizm çox zaman dövlət tərəfindən sərbəst buraxılmış, prosesin öz axarında inkişaf etməsinə imkan verilmiş yanaşmanı ifadə edirdisə, Azərbaycanda müxtəliflik idarə olunan, normativ şəkildə qorunan və siyasi sistemin sabitliyinə inteqrasiya edilmiş modeldir.

Azərbaycan multikulturalizmi həm tarixi legitimlikdən, həm də müasir siyasi rasionallıqdan güc alır. Əslində bu model dövlətin özünüidarəetmə fəlsəfəsi barədə çox şey deyir: etnik-dini müxtəliflik düzgün tənzimləndikdə sosial sabitliyin və milli birliyin möhkəmləndirilməsinə xidmət edən resurs kimi qəbul edilir.

***

Dünyanın bir çox regionlarında son illər müşahidə edilən siyasi və sosial dalğalanmalar – populist hərəkatların güclənməsi, nəzarətsiz miqrasiya prosesləri, identikliklərin toqquşması və radikal qrupların fəallaşması təhlükəsizlik, idarəetmə və sosial davamlılıq problemi kimi qiymətləndirilir. Tolerantlıq böhranı faktiki olaraq dövlətlərin daxili nizamını, siyasi legitimliyini və qlobal əməkdaşlıq sistemini hədəfə alan yeni geosiyasi çağırışa çevrilib. Məhz bu fonda müxtəlifliyin idarə edilməsinə dair uğurlu və sabit modellər daha çox diqqət çəkir və alternativ yanaşmalar axtaran dünyada nəzəri və praktiki maraq doğurur.

Belə bir şəraitdə Azərbaycan modeli özünün ziddiyyət yaratmayan, zorakılığa çevrilməyən və identikliklər arasında kəskin ayrılma formalaşdırmayan strukturu ilə seçilir. Bir çox ölkələrdə multikulturalizm ya sosial parçalanma ilə nəticələnir, ya da sərt milli identiklik siyasəti müxtəlifliyi təhlükəyə çevirir. Azərbaycanda müxtəliflik normativ şəkildə tənzimlənib, siyasi sistemlə inteqrasiya edilib və sosial harmoniyanı gücləndirən idarəetmə aləti kimi formalaşdırılıb. Təbii ki, belə bir yanaşma Azərbaycan modelini liberal çoxmədəniyyətçilikdən çox, inteqrativ multikulturalizm konsepsiyasına yaxınlaşdırır; yəni müxtəliflik cəmiyyətin struktur bütövlüyünü qoruyan bir elementə çevrilir.

Dünyada tolerantlıq böhranının yaratdığı risklər – radikallaşma, sosial gərginlik, identikliklərin qütbləşməsi – bir çox ölkələrdə siyasi sistemləri zəiflədərkən, Azərbaycanda etnik-dini müxtəlifliyə əsaslanan sabitlik əks tendensiyanı nümayiş etdirir. Müxtəlifliyin dövlət nəzarətində olması, konfessiyalar və etnik qruplarla davamlı dialoq, dini ekstremizmə qarşı preventiv mexanizmlərin işləkliyi radikallaşma üçün zəmin yaradan sosial boşluqları neytrallaşdırır.

Bundan başqa, qlobal miqrasiya axınlarının yaratdığı identiklik gərginlikləri fonunda Azərbaycan modelinin üstünlüyü burada artıq mövcud olan müxtəliflik təcrübəsinin sosial təcrübədən dövlət strategiyasına çevrilmiş olmasındadır. Yəni müxtəliflik burada cəmiyyətin tarixi və real strukturudur. Bu struktur düzgün idarə olunduğu üçün həm sosial həmrəyliyə, həm də uzunmüddətli sabitliyə xidmət edir. Bütün bu amillər Azərbaycan nümunəsini böhran yaşayan ölkələr üçün nəzəri əhəmiyyətli modellərdən birinə çevirir.

Beləliklə, Azərbaycan multikulturalizmi qlobal kontekstdə bir sıra siyasi tezisləri praktik olaraq təsdiqləyir: müxtəliflik idarə edildikdə sabitlik mənbəyinə çevrilə bilir; mədəni müxtəliflik milli təhlükəsizliyin zəif nöqtəsi deyil, onun sosial dayağı rolunu oynaya bilir; etnik-dini harmoniya isə yalnız sosial bərabərlik ideyası deyil, eyni zamanda iqtisadi inteqrasiya və regional əməkdaşlığı təşviq edən strateji kapitaldır.

***

Azərbaycanın multikulturalizm siyasəti ölkənin beynəlxalq mövqelərini formalaşdıran strateji identiklik xəttinə çevrilərək, diplomatik dialoqun, təhlükəsizlik arxitekturasının və “yumşaq güc” siyasətinin mərkəzinə yerləşir. Bakı Prosesi mədəniyyətlərarası dialoqu tənzimləyən ən geniş platformalardan birinə çevrilərək, Azərbaycanın bu sahədə qlobal “normayaradan” rolunu möhkəmləndirir.

Postmünaqişə dövründə bu siyasətin strateji çəkisi, xüsusilə artır. 44 günlük müharibədən sonra formalaşan yeni regional düzən mədəni irsin bütöv şəkildə bərpasını Azərbaycanın siyasi mesajına çevirir. Bərpa edilən ərazilərdə müsəlman və qeyri-müsəlman dini məkanlarının eyni dövlət diqqəti ilə yenilənməsi regiona hansı identikliklə qayıdılacağının siyasi deklarasiyasıdır. Xüsusilə, Xarıbülbül musiqi festivalının Şuşada keçirilməsi Azərbaycanın multikulturalizm modelinin həm tarixi, həm siyasi, həm də mədəni refleksiyasını daha da gücləndirir. Xarıbülbül festivalı bir tərəfdən ölkədə mövcud olan multikultural həyat tərzinin mədəniyyət sahəsində təcəssümü kimi çıxış edir, digər tərəfdən isə Prezident İlham Əliyevin tolerantlıq ənənələrinin qorunmasına və inkişafına verdiyi prioritetin uzaqgörən strategiya olduğunu nümayiş etdirir.

Azərbaycanın tolerantlıq siyasəti, eyni zamanda, milli təhlükəsizlik sisteminin önəmli dayağı kimi çıxış edir. Dünyada etnik-dini parçalanmaların dövlətlərin təhlükəsizlik sistemini zədələdiyi bir zamanda Azərbaycan müxtəliflik əsasında birləşdirən model tətbiq edir. Burada identikliklərin toqquşması deyil, bir-birini tamamlaması müşahidə olunur və bu, ekstremizmin yaranmasına imkan verməyən sosial mühit formalaşdırır. Dövlətlə dini icmalar arasında əməkdaşlıq mexanizmi preventiv təhlükəsizlik aparatının əsas elementlərinə çevrilərək, radikallaşmanın strukturlaşmasına qarşı institusional sədd yaradır. Belə bir sintez milli təhlükəsizliyi etnik və dini təbəqələşmənin təsirlərindən qoruyan immun sistem kimi fəaliyyət göstərir və Azərbaycana regionda nadir üstünlük qazandırır. Multikulturalizm Azərbaycanda diplomatiyanın dilinə çevrilmiş “yumşaq güc” resursu, postmünaqişə sabitliyinin əsas mexanizmi və milli təhlükəsizlik strategiyasının ideoloji dayağıdır.

Son olaraq qeyd edək ki, Beynəlxalq Tolerantlıq Günündə Azərbaycanı dünyaya təqdim etdiyi mesajla göstərir ki, tolerantlıq doğru institusional mühitdə təhlükəsizlik, diplomatik təsir və sosial inkişaf üçün çoxtərəfli kapitala çevrilə bilər. Sürətlə qütbləşən dünyada tolerantlıq siyasətinin beynəlxalq müstəviyə də ixrac olunması Azərbaycanın yumşaq güc diplomatiyasını formalaşdıran ən uğurlu strateji istiqamətlərdən biridir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see353

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see324

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see314

Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?

09 İyul 2026 02:30see309

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see291

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see278

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see243

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see231

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see230

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see227

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see198

Geosiyasi gərginlik fonunda neft qiymətləri yüksəldi

08 İyul 2026 06:27see193

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

08 İyul 2026 05:04see193

Hazırda İran şəhərləri... Video

09 İyul 2026 01:47see191

UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib FOTO

09 İyul 2026 01:56see183

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see167

Qonşu ölkələr turistlərdən milyon qazanır

08 İyul 2026 16:59see167

Çin Rusiyanı “sökür”..?

08 İyul 2026 18:08see159

1/4 finalın son cütü bəlli oldu Argentina İsveçrə

08 İyul 2026 03:04see155

Sibiqa: Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq

08 İyul 2026 05:00see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri