Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
Icma.az, Milli.az saytına istinadən bildirir.
Ürək sağlamlığını qorumaq üçün düzgün qidalanmanın vacibliyi hər zaman vurğulanır.
Milli.Az xəbər verir ki, ispaniyalı kardioloq Aurelio Roxasın açıqlamasına görə isə yay aylarında ürək üçün ən faydalı giləmeyvələrdən biri çiyələk hesab olunur.
Həkim çiyələyin tərkibindəki yüksək antioksidant və lif sayəsində orqanizmdə xroniki iltihabın azalmasına kömək etdiyini bildirib. Onun sözlərinə görə, bu cür iltihab şəkərli diabet, piylənmə və xroniki yorğunluq kimi bir çox sağlamlıq probleminin əsas səbəblərindən biridir.
Kardioloq qeyd edib ki, mütəmadi çiyələk istehlakı insulinə həssaslığı artırır və qanda şəkərin səviyyəsinin normallaşmasına dəstək olur. O vurğulayıb ki, qlükozanın kəskin yüksəlməsi damarların və hüceyrələrin daha sürətli qocalmasına səbəb olaraq ürək-damar xəstəlikləri riskini artırır.
Aurelio Roxas əlavə edib ki, çiyələk toxluq hissi yaratdığı üçün əlavə kalori qəbulunun qarşısını alır və orqanizmdə oksidləşdirici stressi minimuma endirir. Bu səbəbdən yay mövsümündə ürək sağlamlığını qorumaq istəyənlər üçün çiyələk ən faydalı seçimlərdən biri sayılır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 22 May 2026 02:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















