Icma.az
close
up
RU
Azərbaycan multikulturalizmi İspaniyada təbliğ olunub AZƏRTAC

Azərbaycan multikulturalizmi İspaniyada təbliğ olunub AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

İspaniya Krallığının Maqos Fondunun təşkilatçılığı ilə noyabrın 14-16-da Malaqa şəhərində “Müdrik İnsanların Xəzinəsi” adlı beynəlxalq sərgi keçirilib.

Tədbirlə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) rəhbərliyi ilə Azərbaycandakı dini icma nümayəndələrinin İspaniyaya səfəri təşkil olunub.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin İspaniyadakı səfirliyinin, eləcə də Maqos Fondunun təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə sərgidə Azərbaycan guşəsi təqdim edilib. Azərbaycanın tarixi, mədəniyyəti, habelə ölkəmizdə tarixən mövcud olan tolerantlıq, multikultural və çoxkonfessiyalı zəngin mədəni irsin qorunması istiqamətində dövlətimizin aparığı siyasət, həyata keçirilən layihələr haqda İspaniyanın geniş ictimaiyyətini, eləcə də kütləvi informasiya vasitələrini məlumatlandırmaq məqsədilə, tədbir çərçivəsində “Azərbaycanın multikulturalizm modeli” mövzusunda xüsusi seminar da təşkil olunub.

Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tədbirdə məruzə ilə çıxış edib. O, Azərbaycanda mədəni müxtəlifliyin, tolerantlığın və multikulturalizmin təbliğinə diqqət çəkərək bildirib ki, müxtəlif etnik və dini icmalarının birgə yaşadığı mühit Azərbaycanın multikulturalizm sahəsindəki uğurlu siyasətinin nəticəsidir. Azərbaycanın tolerantlıq ənənələri, multikulturalizm siyasəti, eyni zamanda, bu gün Azərbaycanda olan din-dövlət münasibətləri haqda geniş məlumat verən R.Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu sahədəki fəaliyyəti, beynəlxalq tədbirlər və təcrübə mübadiləsi haqda da danışıb. Azərbaycanın qlobal miqyasda multikulturalizmin təbliğinə verdiyi töhfələrdən söz açan Rəvan Həsənov ölkəmizin mədəni müxtəliflik və harmoniya istiqamətində dünya üçün örnək bir model olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycandakı Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqal ölkəmizdə yaşayan yəhudilərin həyat tərzi, Katolik kilsəsinin keşişi Vladimir Baxa və Alban-Udi xristian icmasının sədri Robert Mobili isə xristianların Azərbaycandakı yaşam şəraiti və dini ibadətlərini azad şəkildə icra etmələrindən, eləcə də qədim Qafqaz Albaniyasının irsi olan kilsələrdən və Azərbaycan dövlətinin bu sahədəki qayğısından danışıblar.

Səfər çərçivəsində BBMM-in icraçı direktoru Rəvan Həsənov Malaqa Şəhər Şurasının Xarici Əlaqələr üzrə direktoru İzabel Paskual Villamor ilə görüşüb. Görüş zamanı Malaqa Universitetində Azərbaycan multikulturalizmi fənninin tədrisi və gələcəkdə birgə tədbirlərin təşkili imkanları müzakirə edilib. Multikulturalizm Mərkəzinin nəşrləri xanım Villamorun xüsusi marağına səbəb olub.

Noyabrın 16-da Dünya Tolerantlıq Günü münasibətilə Maqos Fondu tərəfindən təşkil olunmuş silsilə tədbirlər çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmiləri, habelə ölkəmizdəki müsəlman, xristian, alban-udi, yəhudi dini konfessiyalarının nümayəndələri Malaqa Şəhər Bələdiyyəsinin rəsmi iqamətgahında şəhər bələdiyyə rəhbəri Fransiska Torre ilə ilə birlikdə dünyada sülh və birgə yaşayışın təbliğatında göstərilən xidmətlərə görə mükafatlandırma mərasimində də iştirak ediblər. Nobel Sülh mükafatı laureatı Şirin Ebadi, UNESCO-nun mədəni diplomatiya üzrə xoşməramlı səfiri Hedva Ser, NATO Parlament Assambleyasının sabiq prezidenti, o cümlədən İspaniya və Fransanın tanınmış ictimai xadimlərinin iştirakı ilə keçirilmiş tədbirdə Rəvan Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinə Maqos Fondu tərəfindən mükafat təqdim olunub. Çıxışında Azərbaycandakı multikulturalizm ənənələrinə toxunan R.Həsənov mədəniyyətlər və dinlərarası dialoqun dünyada sülhün təminatının əsas qayəsi olduğunu, bu məqsədlə Azərbaycan modeli olan multikulturalizm və tolerantlığın yayılması istiqamətindəki sülhpərvər fəaliyyətlərini davam etdirəcəklərini bildirib. R.Həsənov daha sonra yerli media qurumlarının suallarını cavablandırıb.

Tədbir qala şam yeməyi ziyafəti ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri