Icma.az
close
up
RU
Azərbaycan müxtəlif regionlarda sabitliyin qorunmasında əvəzolunmaz mövqeyə malikdir ŞƏRH

Azərbaycan müxtəlif regionlarda sabitliyin qorunmasında əvəzolunmaz mövqeyə malikdir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə keçirdiyi görüş təkcə diplomatik hadisə kimi deyil, həm də Azərbaycanın yeni regional və qlobal vizyonunun əyani nümunəsi kimi qiymətləndirilməlidir. Bu səfər bir çox strateji aspektləri özündə birləşdirən, geniş geosiyasi və iqtisadi perspektivlər açan çoxşaxəli hadisədir. Azərbaycan isə bu görüşlə Yaxın Şərqdə baş verən dəyişikliklərə laqeyd qalmadığını, əksinə, proseslərdə fəal aktor kimi iştirak etmək niyyətində olduğunu nümayiş etdirdi. Suriyada baş verən siyasi transformasiyadan sonra prezidentlər səviyyəsində təmas Bakının regionun gələcəyi ilə bağlı prinsipial mövqe tutduğunu göstərir.

Azərbaycanın Suriyanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə tanıması və bunu ilk edən ölkələrdən biri olması, onun beynəlxalq hüquqa əsaslanan mövqeyini və multilateral sistemdə etibarlı tərəfdaş imicini möhkəmləndirir. Bu, eyni zamanda Azərbaycanın “milli maraqlar + beynəlxalq legitimlik” strategiyasını davam etdirdiyinin bariz nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Əməkdar jurnalist, filologiya elmləri doktoru Vüqar Zifəroğlu söyləyib.

Onun sözlərinə görə, bu səfər Azərbaycanın enerji siyasətində növbəti mərhələyə keçidini də nümayiş etdirir. Suriyanın yalnız qaz istehlakçısı kimi deyil, eyni zamanda, tranzit ölkə kimi də önə çıxması Azərbaycanın qaz ixracı strategiyasının coğrafi miqyasını əhəmiyyətli dərəcədə genişləndirir. Əgər Türkiyə-Suriya qaz kəməri və Suriya-İordaniya bağlantısı reallaşarsa, bu, Azərbaycan qazının Aralıq dənizi və Afrika bazarlarına çıxışı üçün yeni koridor yaradacaq. Bu həm də ölkəmizin Cənubi Qafqazdan başlayan enerji marşrutlarının Yaxın Şərqə inteqrasiyası deməkdir, bu isə artıq regional deyil, transregional enerji aktoru olmaq anlamı daşıyır.

“Eyni zamanda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa layihələri, xüsusilə “ağıllı kənd”, mina təmizləmə, infrastrukturun sıfırdan qurulması təcrübəsi beynəlxalq səviyyədə böyük maraq doğurur. Bu modelin Suriyada tətbiqi Azərbaycanın özünün formalaşdırdığı inkişaf arxetipini regional ixrac etməsi deməkdir. Bu, təkcə texniki və ya iqtisadi deyil, həmçinin geosiyasi “yumşaq güc” nümayişidir. Beləliklə də Azərbaycan yardım edən dövlət yox, tərəfdaşlıq edən və bərpa prosesinin fəal iştirakçısı olan ölkə statusu qazanır”, - deyə V.Zifəroğlu əlavə edib.

Sədr müavini qeyd edib ki, Azərbaycanın son illərdə Yaxın Şərqdə İsrail, Türkiyə, Suriya və ərəb ölkələri ilə paralel münasibətlər qurması bu dövlətlər arasında bir növ etimad körpüsünə çevrilməsinə gətirib çıxarıb. Bu səfər də bu kontekstdə qiymətləndirilməlidir: “Bakının münaqişələrə birbaşa müdaxilə etmədən, lakin "qaynar xətt" diplomatiyası vasitəsilə arxa planda əlaqələndirmə funksiyasını icra etməsi onu müxtəlif regionlarda sabitliyin qorunmasında əvəzolunmaz mövqeyə gətirib. Bu səssiz, lakin təsirli yanaşma Azərbaycanın diplomatik brendi kimi formalaşır. Əvvəllər Azərbaycan regional proseslərə daha çox reaktiv yanaşırdısa, son illərdə bu model kökündən dəyişib və proaktiv xarakter almaqdadır. Artıq rəsmi Bakı təşəbbüskar olur, regional əməkdaşlıq platformaları yaradır, fərqli regionlar (Avropa-Qafqaz-Yaxın Şərq) arasında körpü funksiyasını yerinə yetirir və ən əsası, özünü yeni geosiyasi arxitekturanın memarı kimi təqdim edir. Bu səfər də bu vizyonun konkret təzahürüdür. Azərbaycan artıq qapısı döyülən deyil, qapıları açan ölkəyə çevrilib”.

Görüşün tarixilik baxımından da mühüm əhəmiyyət daşıdığını deyən Vüqar Zifəroğlu Azərbaycan və Suriya arasında münasibətlərin tarixən yaxın olduğunu, ancaq sonra Suriya daxilindəki proseslərin, rejim dəyişikliklərinin, vətəndaş müharibəsinin və xarici təsirlərin bu əlaqələri bir müddət dondurduğunu bildirib.

“Bu gün isə yeni siyasi şərait və Azərbaycanın güclənən regional çəkisi bu əlaqələrin bərpası və yenidən qurulması üçün real imkanlar yaradır. Bu, təkcə Bakı-Şam münasibətlərinə aid deyil. Bu səfər, Azərbaycanın digər Yaxın Şərq ölkələri ilə də yeni əməkdaşlıq formatlarını təşviq etməsi üçün bir model rolunu oynaya bilər. Prezidentlər səviyyəsində keçirilən bu görüş, əldə edilən razılaşmalar Azərbaycanın artıq strateji əhəmiyyətə malik aktor olaraq gələcəyi formalaşdıran, əlaqə yaradan, risk alan, təşəbbüs edən və nəticə əldə edən strateji oyunçuya çevrildiyini göstərir. Bu səfər həm də Azərbaycanın Qafqazın sərhədlərini aşan diplomatik və iqtisadi missiyaya malik olduğunu təsdiqləyir və Suriya ilə əməkdaşlıqda bu prosesin konkret təzahürləri görünməkdədir”, - deyə o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri