Azərbaycan naşirləri Minskdə XXXII Beynəlxalq Kitab Sərgisində iştirak edəcəklər AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 22 yanvar, AZƏRTAC
Martın 12-dən 16-dək Belarus paytaxtında XXXII Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Bu tədbirdə Azərbaycanın kitab nəşriyyatçıları da iştirak edəcəklər.
AZƏRTAC sərginin təşkilatçılarına istinadla xəbər verir ki, kitab ekspozisiyasının, həmçinin diskussiya və təqdimat platformalarının əsas mövzusu İkinci Dünya müharibəsində Qələbənin 80 illik yubileyi olacaq. Bununla yanaşı, ziyarətçiləri və iştirakçıları zəngin işgüzar və mədəni proqramlar gözləyir.
Sərgidə nəşriyyatlar və kitab ticarəti firmaları, poliqrafiya müəssisələri, kitab nəşri üzrə beynəlxalq və milli assosiasiyaların nümayəndələri iştirak edəcəklər.
Tədbirin tam proqramı yaxın vaxtlarda açıqlanacaq.

525 ci qəzet Azərbaycan naşirləri Minskdə XXXII Beynəlxalq Kitab Sərgisində iştirak edəcəklər
24 Yanvar 2025 02:25
Azərbaycan 56 cı Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur AZƏRTAC
23 Yanvar 2025 17:39
Azərbaycan Beynəlxalq Kitab Sərgisində Fəxri qonaq ölkəsidir
30 Noyabr 2024 16:22
Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində fəxri qonaq
04 Noyabr 2024 18:35

