Icma.az
close
up
RU
Azərbaycan nə İrana, nə də İsrailə hesabat verməyə borcludur

Azərbaycan nə İrana, nə də İsrailə hesabat verməyə borcludur

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Prezident İlham Əliyev ötən gün İran Prezidenti Məsud Pezeşkianla telefon söhbəti əsnasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaqla yanaşı, İranla İsrail arasında baş vermiş son qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib. Bu gün isə dövlətimizin başçısı İranın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edib və səfirlə söhbət zamanı İranla İsrail arasında baş verən son gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını və bütün bunların tamamilə cəfəngiyat olduğunu bildirdi. Azərbaycan Prezidentinin bu bəyanatı təxribatçı dairələri susdurmaq üçün yetərlidir.
Sözügedən şayiə və yalan məlumatları yayan media qurumlarının arasında İranın rəsmi informasiya agentliyi İRNA və "Mehr" agentliyi də var. Məsələn, elə həmin İRNA-nın iddiasına görə, Prezident Məsud Pezeşkiyan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbətində “Azərbaycan hava məkanından İrana qarşı həyata keçirildiyi iddia edilən dron hücumları” ilə bağlı yayılan fikirləri də müzakirə edib, lakin Azərbaycan Prezidenti Əliyev isə heç bir şəkildə ölkəsinin hava məkanından İrana qarşı istifadəyə icazə verilmədiyini həmsöhbətinin diqqətinə çatdırıb". Göründüyü kimi, bu, İRNA-nın irəli sürdüyü iddiadır. Çünki Azərbaycan tərəfinin yaydığı məlumatda bu barədə heçnə deyilməyib.
Bu da o deməkdir ki, bəzi dairələrin iki qonşu dövləti bir-birinə qarşı qoymaq cəhdləri davam edir. Məqsəd Azərbaycan-İran əlaqələrinə xələl gətirməkdir. Bu məqsədlə şayiələrə əsaslanan məlumatlar yayan dairələri də İranın özündə və Ermənistanda axtarmaq lazımdır. İranda bu cür qızışdırıcı, təxribatçı şayiələr, dezinformasiyalar ilk növbədə SEPAH-a bağlı kütləvi informasiya vasitələri tərəfindən yayılır. Sonra isə "estafet" Ermənistan mediasına ötürülür. Beləliklə, İranın və Ermənistanın təxribatçı media təmsilçiləri "sinxron" hərəkət edir, İran-Azərbaycan münasibətlərini pozmaq üçün birgə, koordinasiyalı şəkildə hərəkət edirlər.
Prezident İlham Əliyev isə İranın özündən və Ermənistandan qaynaqlanan şayiə və saxta xəbərlərin tamamilə cəfəngiyat olduğunu bildirməklə bu məsələyə nöqtə qoydu və bununla da Azərbaycan–İran münasibətlərində gərginlik yaratmaq istəyən dairələrin cəhdlərini iflasa uğratdı. Azərbaycan balanslı və çoxşaxəli xarici siyasət yürüdür. Bunun nəticəsidir ki, ölkəmizin İranla da, İsraillə də yaxşı münasibətləri var. Və rəsmi Bakı tərəflərdən birini digərinin maraqlarına qurban verməyə hazırlaşmır. Bu, Azərbaycanın xarici siyasət prinsiplərinə ziddir.
Eyni zamanda, Azərbaycan nə İrana, nədəki İsrailə hesabat verməyə borclu deyil. Bu mənada, guya, Azərbaycan ərazisindən İran istiqamətində dronlar, raketlər və ya təyyarələr göndərilməsi barədə iddialar da tamamilə absurddur. Çünki İranın içinə sızan və Tehranda, digər şəhərlərdə dronlar vasitəsilə mobil zərbə qrupları yaradaraq İran generallarını, nüvə alimlərini məhv etməyi bacaran İsrailin İrana dron göndərmək üçün Azərbaycan ərazisindən istifadə etməsinə əsla ehtiyacı yox idi. İranlılar bu adi həqiqəti də dərk edə bilmirlərsə, demək ki, onların həqiqətən də çox ciddi təfəkkür problemi var.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 İyun 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri