İran yüksəkvəzifəli ABŞ rəsmilərinə sui qəsd hazırlayıb? Ağ Evdən cavab
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
İranın ABŞ-nin paytaxtı Vaşinqtonda “çirkli bomba” partlatmaq planları hazırladığı iddia olunub.
“Qafqazinfo” xəbər verir ki, CNN telekanalının yaydığı məlumata görə, kəşfiyyat hesabatı Amerika rəsmilərini təhlükəsizlik tədbirlərini gücləndirməyə vadar edib.
Məsələdən xəbərdar olan mənbələr bildirirlər ki, bu hazırlıqlar yaxın vaxtlarda həyata keçiriləcək qaçılmaz hücumdan daha çox, Tehranın gələcək ssenarilər üçün özünə fərqli təsir imkanları yaratmaq cəhdi kimi dəyərləndirilir. Bununla belə, Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndələrini hədəf alan bu potensial sui-qəsd ssenarisi Vaşinqtonu qabaqlayıcı ehtiyat tədbirləri görməyə sövq edib.
Məlumata münasibət bildirən Ağ Ev rəsmiləri isə ictimaiyyəti sakitləşdirməyə çalışaraq vəziyyətin nəzarət altında olduğunu vurğulayıblar. Rəsmi açıqlamada qeyd olunub ki, Birləşmiş Ştatlar “bütün potensial təhlükələri diqqətlə izləyir, lakin hazırkı məqamda ölkə üçün ciddi və etibarlı bir təhlükə mövcud deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 17 Noyabr 2026 04:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















