Azərbaycan nefti bahalaşdı
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.
Globalinfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,91 ABŞ dolları və ya 1,31% artaraq 70,12 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,21 ABŞ dolları idi.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Azərbaycan nefti bahalaşdı
05 Noyabr 2024 10:12

