Icma.az
close
up
RU
Azərbaycan neftində avadanlıqlara zərər verə biləcək üzvi xloridlər aşkar olunub “Bloomberg”

Azərbaycan neftində avadanlıqlara zərər verə biləcək üzvi xloridlər aşkar olunub “Bloomberg”

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Böyük Britaniyanın “BP” və İtaliyanın “Eni” şirkətləri Azərbaycan neftinin tərkibində keyfiyyət problemlərinin aşkarlanması ilə bağlı xəbərdarlıq yayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilən bəzi neft partiyalarında avadanlıqlara zərər verə biləcək üzvi xloridlər aşkar olunub. BTC boru kəməri ilə Türkiyənin Ceyhan limanına ixrac edilən Azərbaycan nefti ilin əvvəlindən bu yana gündəlik orta hesabla 575 min barel təşkil edib.
“BTC Co.” şirkəti tərəfindən idarə olunan boru kəməri vasitəsilə daşınan bəzi partiyalarda üzvi xloridlərin olması ilə bağlı potensial keyfiyyət problemi barədə məlumat daxil olub. BP şirkətindən bildirilib ki, məsələ ilə bağlı boru kəmərinin bütün obyektlərində xam neftin keyfiyyəti qiymətləndirilir və neftin daşınması davam edir.
Eni şirkəti isə çirklənmiş Azərbaycan neftinin bir hissəsini aldığını və onun müəyyən miqdarının artıq emal sisteminə daxil olduğunu açıqlayıb. Şirkətin sözçüsü bildirib ki, hazırda sistemə daxil olan neft ətraf mühit, sağlamlıq və təhlükəsizlik baxımından risk daşımır və normal şəkildə emal ediləcək.
Bəzi liman agentlikləri də çirklənmə ilə bağlı tədbirlər görüb. Məlumata görə, Ceyhan limanına Azərbaycan nefti yükləmək üçün gələn “Seranger” tankeri yükləməni dayandırıb.
Agentlik qeyd edir ki, yaranmış vəziyyət “Azeri Light” markalı neftin qiymətinə də təsir edib. Belə ki, bu həftə iki partiya neft son dörd ilin ən aşağı qiymətinə satılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 İyul 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri