Icma.az
close
up
RU
Azərbaycan neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanındadır

Azərbaycan neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanındadır

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

COP29-un dördüncü günüdür. Arxada qalan günlərin xronologiyasına diqqət yetirdikdə hər günün mühüm hadisələrlə, müasir dövrün əsas çağırışlarından olan iqlim dəyişmələrinin yaratdığı problemlərlə bağlı geniş müzakirələrin aparılması və qarşıya mühüm vəzifələrin qoyulması ilə yadda qaldığını görürük. Noyabrın 12-də COP29-un Liderlər Sammitinin açılışı oldu, noyabrın 13-də isə COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Hər iki sammit səsləndirilən mühüm çağırışlarla hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Dövlətimizin başçısı İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışında bu məqamları xüsusi qeyd etdi ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Prezident İlham Əliyev inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət etdi ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərdi. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev Sammitdəki çıxışında Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən də bəhs etdi. Bildirdi ki, Yeni Kaledoniya və Fransa Polineziyası BMT-nin qərarı ilə özünü idarə edən ərazilər kimi bəyan ediliblər. Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarının aparıldığını vurğulayan dövlətimizin başçısı onu da bildirdi ki, rəsmi Paris torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır. Dənizaşırı ərazilərdə olan cinayətlərə diqqət yönəldən dövlətimizin başçısı bu yaxınlarda Fransa tərəfindən insan hüquqlarının pozulması hallarının baş verdiyini, Yeni Kaledoniyada nümayişlər zamanı Makron rejimi tərəfindən çox sayda vətəndaşın qətlə yetirildiyini və yaralandığını diqqətə çatdırdı. BMT-nin Baş katibi Antonio Quterreş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyini, iqlim dəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğunu, onların hökumətlərinin çətin vəziyyətdə olduqlarını diqqətə çatdırdı.

Onu da xüsusi vurğulamalıyıq ki, Azərbaycan COVID-19 pandemiyası dövründə Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə maddi yardımlar göstərdi, Prezident İlham Əliyev “peyvənd millətçiliyi”nə qarşı mübarizə çağırışı ilə vaksinlərin ədalətli bölünməsi təşəbbüsünü irəli sürdü. Hazırkı dövrdə neokolonializm meyillərinin artmasından narahatlığını Bakı Təşəbbüs Qrupunu yaratmaqla bildirən Azərbaycanın qısa müddətdə gördüyü işlər beynəlxalq səviyyədə dəstəklənir. Fransanın beynəlxalq hüquqa və ədalətə zidd olan müstəmləkəçilik siyasəti Prezident İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının sammitlərində də gündəmə gətirildi, qınanıldı. Təbii ki, Fransanın bu mənfur siyasətinə son qoyması üçün digər dövlətlərin də Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinə böyük zərurət var. Son illərdə neokolonializmə qarşı mübarizə bütün Afrika ölkələrini bürüyüb. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərdə törətdiyi qətliamları, soyqırımları təsdiqləyən xeyli sayda faktları sadalamaq olar. Dövlət başçısı İlham Əliyev sözügedən Sammitdəki çıxışında bu faktları da diqqətə çatdırdı ki, Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün - XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan dövləti daim beynəlxalq müstəvidə atdığı hər bir addımla sübut edib ki, o, müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və bunu yolverilməz hesab edir. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışlarda da Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən addımları təqdir edildi. Bildirildi ki, COP29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə edirlər. COP29-a sədrlik edən tərəfin elan etdiyi iqlim maliyyələşməsinə dair Fondun yaradılması təşəbbüsü böyük təəssürat bağışladı.

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin hər bir çıxışı bəzi dünya güclərinə çağırışları ilə zəngindir. Prezident İlham Əliyev Sammitdəki çıxışında da Avropa təsisatlarına xəbərdarlıq etdi. Bildirdi ki, əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?!. Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 14 Noyabr 2024 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see142

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see138

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see138

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see138

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see134

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see126

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see125

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see124

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see124

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see124

Kişilərin uğur qazanmasına mane olan 6 VƏRDİŞ

13 Aprel 2025 10:19see124

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see120

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see119

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see118

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see118

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see117

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see112

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see108

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see108

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri