Icma.az
close
up
RU
Zərifə Əliyevanın yaratdığı qadın obrazı

Zərifə Əliyevanın yaratdığı qadın obrazı

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev görkəmli oftomotoloq Zərifə Əliyeva barəsində fikir səsləndirərkən onun elmi sahə ilə yanaşı ailə məsələlərində xüsusi rol oynadığını qeyd edib:“Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.”
Tibb elminə verdiyi töhfələrlə yanaşı, həm də cəmiyyətə xidmət sahəsindəki fəaliyyətləri Zərifə xanım Əliyevanın xalqımızın yaddaşına qızıl həriflərlə yazılmasına səbəb olub. 

Elmi sahədə ortaya qoyduğu işlərlə mühüm nəaliyyətlərə imza atan Zərifə Əliyeva Azərbaycan səhiyyəsinin inkişafında özünəməxsus rol oynayıb. Görkəmli alim 32 yaşında tibb elmləri doktoru dissertasiyasını müdafiə etmiş öz gələcək taleyini məhz tibb elminə həsr etmək barədə qərar qəbul edir. Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə Əliyeva 1950-ci ildə aspiranturaya daxil olaraq həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. 

Zərifə Əliyeva “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etməklə onun təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz göz sahəsində bir sıra xəstəliklərdən xilas olur. 

Zərifə xanım təkcə elmi fəaliyyəti ilə deyil, həm də ictimai həyatda fəallığı ilə seçilirib. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsində fəaliyyət göstərən ilk azərbaycanlı qadın kimi beynəlxalq platformada çıxışlar edib. Onun maarifçi düşüncəsi, yüksək intellekti və milli dəyərlərə bağlılığı hər bir fəaliyyətində öz əksini tapıb. Bununla yanaşı Zərifə xanım incəsənətə və mədəniyyətə dərin marağı, zövqü ilə də seçilən bir ziyalı idi. Onun zəngin mənəviyyatı və yüksək mədəni səviyyəsi onu hər zaman nümunəvi şəxsiyyətlər sırasında saxlayacaqdır.
Zərifə xanım Əliyeva özünün bütün əhatəli elmi fəaliyyəti ilə yanaşı, eyni zamanda, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı olmuş, sahib olduğu ailə ocağının daim xoşbəxt olmasını təmin edə bilmişdir. 

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Aprel 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri