Starlink ə qoşulanların nəzərinə: Bu müddətədək ödənişsiz olacaq
Icma.az bildirir, Pravda.az portalına istinadən.
"Starlink" Azərbaycandan olan istifadəçilərə müraciət edərək bildirib ki, şirkətin gostərdiyi peyk internet xidmətinə qoşulan abunəçilər ilk 30 gündə xidmətdən pulsuz yararlana biləcəklər.
Pravda.az PostMedia.az-a istinadən xəbər verir ki, şirkət sifariş verilən avadanlıqların da 4 həftə ərzində göndərildiyini açıqlayıb.
"Yerli orqanların tələbinə əsasən, Azərbaycandakı müştərilər xidmət almaq üçün şəxsiyyətlərini təsdiq edən məlumat təqdim etməlidirlər. Müştərilər hesablarında göstərilən məlumatlarla eyni olan şəxsiyyət vəsiqəsinin fotosunu təqdim etməlidirlər. Sifariş verdikdən sonra, əlavə məlumatların təqdim edilməsi və qeydiyyatın tamamlanması üçün hesab portalınızda təlimatlar olacaq. Nəzərə alın ki, bu məlumatlar təqdim edilməzsə, xidmətiniz aktivləşdirilməyəcək. "Əlaqə Məlumatları" bölməsində göstərilən ad şəxsiyyət vəsiqənizdəki adla tam uyğun olmalıdır"- deyə müraciətdə deyilir.
Qeyd edək ki, "Starlink"in peyk interneti xidmətləri Azərbaycandabu il martın 29-da aktivləşib.


