Icma.az
close
up
RU
Neokolonializmə qarşı yeni mübarizə dalğası

Neokolonializmə qarşı yeni mübarizə dalğası

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paris dekolonizasiya çağırışlarını qəbul etməli, üzr istəməli, təzminat ödəməlidir

XXI əsrin inkişaf səviyyəsi və çağırışları müstəmləkəçilik siyasəti ilə bir araya sığmır. Müstəmləkəçilik keçmişin eybəcər qalığıdır və ondan birdəfəlik imtina olunmalıdır. Bununla belə, özünü dünyaya demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan  Fransa Afrikada, dənizaşırı ərazilərdə çox ağır şərtlər altında müstəmləkəçilk siyasəti aparır. Yelisey Sarayı məqsədli şəkildə yerli xalqları assimilyasiyaya məruz qoyur, təbii sərvətləri amansızcasına talayır, nüvə sınaqları həyata keçirməklə, həmçinin nüvə qalıqlarını basdırmaqla ekoterrora əl atır. İndiyədək milyonlarla insan amansız soyqırımlarına məruz qalıb.

Daim ədalət mövqeyindən çıxış edən Azərbaycan da o fikirlə həmrəydir ki, qeyd olunan ərazilər BMT-nin qərarlarına uyğun qaydada dekolonizasiya edilməli, həmçinin Fransa törətdiyi cinayətlərə görə üzr istəməli və təzminatlar ödəməlidir. Ölkəmizin dünyada neokolonializm siyasətinə qarşı ardıcıl mübarizə aparması Afrikada, dənizaşırı ərazilərdə böyük rəğbətlə qarşılanır. Bunun əksinə olaraq Makron iqtidarı isə Azərbaycanın ədalətli, humanist yanaşmalara əsaslanan  fəaliyyətlərinə qarşı kəskin qəzəbini ortaya qoyur. Yelisey Sarayı davamlı olaraq Azərbaycanı heç bir əsas olmadan Fransanın daxili işlərinə qarışmaqda günahlanırır. Bu xüsusda həmçinin Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro danışır.

İddialar əsassızdır

Təəssüf doğuran haldır ki, Makron iqtidarı müstəmləkəçilik siyasəti ilə bağlı Fransaya ünvanlanan haqlı tənqidlərdən nəticə çıxarmaq əvəzinə, əsassız izahlar verməklə və azadlıq mübarizəsinə qalxan xalqlara mənəvi-siyasi dəstək göstərən Azərbaycanı ittiham etməklə  məşğuldur. Bir neçə gün bundan əvvəl Senatda müzakirələr zamanı Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro növbəti dəfə Azərbaycanın Fransanın dənizaşırı ərazilərinə hansısa müdaxiləsi ilə bağlı iddialar yaymağa cəhd edib. Rəsmi Parisin belə mövqe tutması qəbuledilməzdir. Jan-Noel Baronun Azərbaycanı dənizaşırı ərazilərə müdaxilədə ittiham edən şərhi Fransanın Yeni Kaledoniyanın yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Fransa rəsmisi tərəfindən Azərbaycanın dənizaşırı ərazilərə hansısa müdaxiləsi ilə bağlı iddiaları tamamilə absurddur. Azərbaycan bütün dövlətlərlə münasibətlərini xoş məramdan çıxış etməklə və bərabərlik prinsipinə əsaslanmaqla həyata keçirir. Məhz Fransa hər zaman regional məsələlərə qarışaraq, Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışıb.Yelisey Sarayının, şəxsən Makronun postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesində mənfi rol aldığı hər kəsə bəllidir. Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda günahlandıran Yelisey Sarayı ilk növbədə özünün pozuculuq əməllərini, Cənubi Qafqazda və digər regionlarda törətdiyi təxribatları saf-çürük etməli və nəticə çıxarmalıdır. Rəsmi Paris ona heç bir aidiyyatı olmayan ərazilərə əl uzatmaq siyasətindən nəhayət geri çəkilməlidir. Makron nəhayət o reallığı qəbul etməlidir ki, Cənubi Qafqazın məsələləri məhz region dövlətlərinin iştirakı ilə həllini tapa bilər. Azərbaycanın təklifləri əsasında yaradılan Bakı Təşəbbüs Qrupu (BTQ) bir QHT kimi Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir. Bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini sarsıdır.

Fransanın Yeni Kaledoniyada törətdiyi qanunsuz əməllərin üstündən sükutla keçmək mümkün deyil.  Ötən il bu müstəmləkə ölkəsində bir insanlıq faciəsi yaşandı. Yerli kanak xalqı rəsmi Parisin bədnam “konstitusiya islahatlarına” qarşı çıxaraq bir nəfər kimi ayağa qalxdı. Makron iqtidarı bu azadlıq mübarizəsini zor gücünə dayandırmağa çalışsa da, buna müvəffəq olmadı. Kanak xalqının səsi məhz Azərbaycanın, Bakı Təşəbbüs Qrupunun fəallığı sayəsində beynəlxalq ictimaiyyətə çatdırıldı. Yalnız bundan sonra Makron geri addım atmaq məcburiyyətində qaldı. Yalnız keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin həlak olduğu və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər faydasız olduğunu nümayiş etdirir. Fransanın müxtəlif beynəlxalq təşkilatlardakı rol və resurslarından bu ölkənin neomüstəmləkə siyasətinə qarşı təbliğat aparmağı hədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçün sui-istifadə etməsi mənasızdır və heç bir nəticə verməyəcək.

Fundamental insan haqları heç bir ölkənin daxili məsələsi sayıla bilməz

Azərbaycan Afrikada, dənizaşırı ərazilərdə azadlıq mübarizəsinə qalxan xalqlara dəstəyini sistemli şəkildə həyata keçirir. Ölkəmizin təklifləri əsasında yaradılan Bakı Təşəbbüs Qrupu bu yöndə bir sıra uğurlu addımlar atıb. Məhz BTQ-nin fəaliyyəti nəticəsində Yelisey Sarayının Yeni Kaledoniya, Martinika və digər müstəmləkə ölkələri ətrafında qurduğu informasiya blokadasını aradan qaldırmaq mümkün olub. Bu yaxınlarda əsası Azərbaycanda qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Yeni Kaledoniyada Konqresi keçirildi.  Azadlıq mübarizəsinə qalxan xalqlar respublikamıza bir ümid yeri kimi baxırlar. Fransa rəsmiləri adaların müstəmləkəsizləşdirilməsi prosesini Fransanın daxili işi adlandırır və Bakı Təşəbbüs Qrupunu Fransanın daxili işlərinə qarışmaqda ittiham edirlər. Ancaq fundamental insan haqları və azadlıq istəyi heç bir ölkənin daxili məsələsi sayıla bilməz və öz ölkələrini demokratiyanın beşiyi adlandıran Fransa rəsmiləri də bunu yaxşı anlayırlar. XXI əsrdə müstəmləkəçiliyə yer yoxdur və bu ərazilərin öz müqəddəratını təyinetmə hüququ BMT-nin dekolonizasiyaya dair qətnamələrinə, xüsusən 1960-cı ildə qəbul edilən 1514 saylı qətnaməyə uyğun olaraq tanınmalıdır. Bu bəyannamə bütün formalarda müstəmləkəçiliyə tez və qeyd-şərtsiz son qoymağa çağırır. 2022-ci ildə qəbul edilən 77/148 saylı Qətnamə isə müstəmləkəsizləşdirmə ilə bağlı məlumatların yayılmasına diqqət yetirir, bu proses haqqında qlobal ictimai rəyin məlumatlandırılmasının vacibliyini vurğulayır. Fransa koloniyalardakı yarıtmaz siyasətini, xalqın haqlı tələblərini dinləmək əvəzinə, xarici müdaxilə tezisini ortaya atıb diqqəti yayındırmaq istəyir. Sanki günahkar dekolonizasiya tələb edən şəxslər və BTQ-dir. Halbuki BTQ Fransa tərəfini əməkdaşlığa dəvət edir.

Azərbaycan mövzunu gündəmə gətirir

BTQ təkcə Yeni Kaledoniyada deyil, qurumdan dəstək istəyən bütün ərazilərdə dekolonizasiya prosesinə yeni nəfəs gətirib. Koloniyaların səslərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan qurum onların öz fikirlərini ifadə etmələri üçün güclü bir platforma təmin edərək beynəlxalq təşkilatlarda məsələ qaldırır və BMT-nin diqqətini müstəmləkəçilik probleminə yönəltməyə çalışır. Beynəlxalq Dekolonizasiya Cəbhəsi yaradılıb və mübarizə üçün institutlaşma artıq mövcuddur.

Azərbaycan XXI əsrdə davam edən müstəmləkəçilikdən və onun yeni təzahürlərindən dərin narahatlıq keçirir. Respublikamız beynəlxalq ictimaiyyəti iyrənc neokolonializm praktikasına göz yummamağa, xüsusilə Fransanın nəzarətində olan ərazilərdə məcburi assimilyasiya siyasətinə qarşı çıxmağa çağırıb və neokolonializmə qarşı yeni mübarizə başladıb. Prezident İlham Əliyevin bu mövzunu nüfuzlu beynəlxalq platformalarda mütəmadi olaraq gündəmə gətirməsi, ədalət və beynəlxalq hüquq naminə müstəmləkəçiliyin tamamilə ləğv edilməsi məsələsini irəli sürməsi, keçmişdə və hazırda müstəmləkə şəraitində yaşayan xalqlar tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində çoxtərəfliliyin dəyərlərini təşviq edib və bu məqsədlə Qoşulmama Hərəkatı Parlament, Gənclər və Qadınlar şəbəkələrinin yaradılmasına təşəbbüs göstərib. Ölkəmiz QH-yə sədrliyi dövründə həm də yeni müstəmləkəçilik meyillərinə qarşı mübarizənin əsas lokomotivi rolunu öz üzərinə götürüb. Məhz sədrliyimiz dövründə Bakı Təşəbbüs Qrupu yaradılıb.

Dünyanın bir çox bölgələrində, o cümlədən Afrikanın keçmiş Fransa müstəmləkələri - Niger, Burkina Faso, Seneqal, Əlcəzair, Tunis, Mali və digər ölkələrdə postkolonial idarəetmə strukturları ilə bağlı problemlər hələ də mövcuddur. Lakin görünən odur ki, son zamanlarda bu ölkələr də suverenlik və dekolonizasiya uğrunda mübarizəni genişləndirmək üçün ciddi qərarlar qəbul edirlər.

Fransa rəsmilərinin absurd iddiaları Azərbaycanın ədalətli və prinsipial siyasətinə əsla təsir göstərə bilməz. Ölkəmiz qlobal səviyyədə müstəmləkəçiliyin bütün formalarının azaldılması və aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirəcək. Çünki müstəqillik müstəmləkələrin qanuni haqqıdır. Bu haqqı onlardan heç kim, o cümlədən də Yelisey Sarayı ala bilməz.

MÜBARİZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Fevral 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır

22 İyun 2026 07:41see479

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? VİDEO

21 İyun 2026 22:57see305

Emrah kirayədən aylıq 10 milyon qazanır

22 İyun 2026 14:11see254

Rusiyanın hücumları zamanı Zelenski öldürülüb? Video yayıldı

21 İyun 2026 17:42see250

Sinəsini böyütdü, ölümdən son anda döndü

22 İyun 2026 01:47see232

Yamal ərəb azarkeşlərə belə cavab verdi Foto

22 İyun 2026 02:50see217

Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi

22 İyun 2026 13:28see213

“Müttəfiqlər qurbanı öyrədir“ Ukrayna və Qərb arasında tarixi yaddaş və siyasi gərginlik“ Ramiz Yunus

21 İyun 2026 19:51see213

Kriminal aləmdə Rafo Rustavski kimi tanınan şəxs vəfat etdi FOTO

22 İyun 2026 13:29see210

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?

22 İyun 2026 09:56see204

Haaland üçün xüsusi plan yoxdur Seneqal Norveçi gözləyir

22 İyun 2026 01:33see198

Fransa İraq matçı yarımçıq dayandırıla bilər

21 İyun 2026 16:51see190

MÜTDA ya tətbiq edilən cərimə ləğv olunub

22 İyun 2026 16:52see188

Elita klublarına transfer qadağası

21 İyun 2026 19:43see184

“Goal” tarixin ən yaxşılarını seçdi Siyahıda kimlər var?

21 İyun 2026 19:33see183

Almaniyanın müdafiə naziri Hörmüz böhranına görə Trampı ittiham ETDİ

22 İyun 2026 00:02see180

QHT lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

22 İyun 2026 19:17see179

Messidən antirekord ən çox penalti qaçıran futbolçu

22 İyun 2026 22:15see175

Mbappe dünya çempionatları tarixində Ronaldoya çatdı

23 İyun 2026 02:41see171

Gürcüstan Azərbaycandan neftin və neft yağlarının idxalını 3 dəfə artırıb

22 İyun 2026 18:01see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri