Icma.az
close
up
RU
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında Fərman imzalayıb.

AZXEBER.COM xəbər verir ki, Fərmana əsasən, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs yaradılıb.

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı” təsdiq edilib.

Müəyyən edilib ki:

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs (bundan sonra – Holdinq) idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisələri) vahid prinsiplərə uyğun idarə olunması, işinin təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;

Holdinqin fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi icraçı direktor həyata keçirir;

Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, bu Fərmanın 2-ci hissəsinə əsasən idarəetməsinə veriləcək dövlət müəssisələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri Holdinq Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll edir;

Holdinqin Müşahidə Şurası:

idarəetməsinə verilmiş dövlət müəssisələrinin gəlirlər və xərclər smetalarını təsdiq edir;

idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətindən əldə olunmuş vəsait üzərində sərəncam verir;

idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyini onların səmərəlilik göstəricilərinin təhlili əsasında qiymətləndirir, eləcə də gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinq aparır;

idarəetməsinə verilmiş dövlət müəssisələrinin müşahidə şuralarının üzvləri, o cümlədən onların rəhbərləri Holdinqin Müşahidə Şurası tərəfindən (icra orqanının rəhbərini Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi qurumlara münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edilir;

Holdinqin nizamnamə fondu 10 milyon manatdır və Holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır.

Holdinqin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:

idarəetməsinə verilmiş dövlət müəssisələrinin Holdinqə ödədikləri vəsait hesabına (hər bir müəssisə üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada);

qanunla qadağan olunmayan digər mənbələrdən.

Holdinqin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

Azərbaycan Respublikasının Prezidentinə:

nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

idarəetmə orqanlarının yaradılması;

Müşahidə Şurası üzvlərinin (o cümlədən sədrinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

icraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Holdinqin ləğvi və yenidən təşkili;

Holdinqə:

bu Fərmanın 5.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

Holdinqin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Holdinqin dövlət qeydiyyatına alınması üçün nizamnaməsi təsdiq edildiyi tarixdən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Noyabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see208

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see203

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see193

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see169

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see164

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see154

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see138

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see129

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri