Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Macarıstanın Rəqabət Qurumunun (GVH) birgə təsis etdiyi Regional Rəqabət Mərkəzi (RCC) tərəfindən təşkil olunan “Rəqabət hüququna giriş” seminarında iştirak ediblər.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, İspaniyanın Malaqa Universitetinin Hüquq Məktəbində keçirilən seminar rəqabət hüququ sahəsində peşəkar bacarıqların inkişaf etdirilməsi, gündəlik fəaliyyət zamanı qarşıya çıxan praktiki məsələlər üzrə təcrübə mübadiləsinin aparılması və müxtəlif ölkələrin rəqabət orqanlarının yanaşmalarının öyrənilməsi məqsədilə təşkil olunub. Proqram nəzəri təqdimatlarla yanaşı, praktiki məşğələləri və müzakirələri əhatə edib.
Seminar zamanı İtaliya, Macarıstan, İsveç, Belçika və Finlandiyanın rəqabət orqanlarının nümayəndələrinin, eləcə də Almaniyanın Federal Kartellərlə Mübarizə İdarəsinin ekspertinin çıxışları dinlənilib. Bu çərçivədə müxtəlif ölkələrdə hökmran mövqedən sui-istifadə hallarına dair nümunələr, iqtisadi təmərküzləşmələrə nəzarət üzrə real işlər, rəqabətin qorunmasının əsas alətləri və İspaniyada aparılmış bazar araşdırmaları ilə bağlı təqdimatlar nümayiş etdirilib.
Tədbirdə, həmçinin rəqabət siyasətinin təşviqi sahəsində müvafiq orqanların roluna dair aktual məsələlər müzakirə olunub.
Sonda seminara qatılan nümayəndələrə iştirak sertifikatları təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 23 Sentyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















