Icma.az
close
up
RU
Azərbaycan Ordusu və siyasətinin qələbəsi: Gülləsiz qaytarılan Kəlbəcər

Azərbaycan Ordusu və siyasətinin qələbəsi: Gülləsiz qaytarılan Kəlbəcər

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

25 noyabr Kəlbəcərin işğaldan azad olunduğu gündür. 

Artıq 5 ildir ki, doğma Kəlbəcərimiz azaddır. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. 

Kəlbəcər kimi strateji əhəmiyyətə malik şəhərin müharibəsiz şəkildə geri qaytarılması tarixi hadisə idi. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər heç bir güllə atılmadan öz sahiblərinə geri qaytarıldı. 

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Kəlbəcərin işğaldan azad olunmasının əhəmiyyəti çox böyükdür: 

“2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə torpaqlarının bir hissəsini geri qaytardı. Azərbaycan Ordusu bununla bütün dünyaya öz qüdrətini nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan diplomatiyası da uğurlarını göstərdi. 

Belə ki, Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan işğaldan azad olundu. Hesab edirəm ki, Azərbaycanın müharibə aparmadan ərazilərin bir hissəsini işğaldan azad etməsi tarixdə xüsusi olaraq qeyd olunacaq. Bu da təbii ki, Azərbaycan Prezidentinin siyasətinin nəticəsidir. 

Kəlbəcərin Azərbaycan üçün çox böyük əhəmiyyəti var. İlk növbədə yüksəklikdə yerləşdiyi üçün strateji əhəmiyyət daşıyır. Ölkənin digər əraziləri üçün bir müdafiə zolağı xarakteri daşıyır və hərbi üstünlüklər qazandırır”. Partiya sədri Kəlbəcərin digər üstünlüklərin də danışıb: 

“Kəlbəcər öz təbiəti ilə kəskin şəkildə fərqlənir. Kənd təsərrüfatına böyük dəstək ola biləcək bölgələrimizdən biridir. Yaylaq zonasıdır, maldarlıq və qoyunçuluğun inkişafında çox böyük əhəmiyyətə malikdir. 

Çünki bu faktor ölkədə bolluğun yaranmasına gətirib çıxara bilər. Bundan başqa, Kəlbəcər təbii sərvətlərlə də zəngindir. İstisu və qızıl mədənləri Kəlbəcəri nəinki Azərbaycanda, bütün dünyada məşhurlaşdırıb. 

Meşə massivləri ilə zənginliyi, dərman bitkiləri, təbiəti gələcəkdə onun turistlər üçün çox maraqlı bölgəyə çevirə bilər. Kəlbəcər bizim üçün əvəzolunmaz və çox doğma bir bölgəmizdir. Onun erməni işğalından azad edilməsi Azərbaycanın ən böyük uğurlarından biridir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Kəlbəcər Şəhəri Günü

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri