Icma.az
close
up
RU
Azərbaycan ordusunun əldə etdiyi şanlı qələbənin rəmzi ŞƏRH

Azərbaycan ordusunun əldə etdiyi şanlı qələbənin rəmzi ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan 8 Noyabr –Zəfər Günü, dövlətimizin, ordumuzun və xalqımızın birliyininin, gücünün və əzminin təntənəsidir. Bu gün, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun əldə etdiyi şanlı qələbənin rəmzidir. Ümummilli Lider Heydər Əliyevin qurduğu möhkəm dövlətçilik təməlləri və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi.
Müstəqilliyimizin ilk illərində xalqımız taleyin ağır sınaqları ilə üz-üzə qalmışdı. 1990-cı illərin əvvəllərində Azərbaycanın yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi yaranmışdı, lakin bu ağır günlərdə xalq qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı. 1992-ci il noyabrın 21-də təsis edilməsindən qısa müddət sonra Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi. Partiyaya Heydər Əliyev kimi müdrik şəxsiyyətin rəhbərlik etməsi və öz ətrafında əhalinin bütün təbəqələrindən olan insanları birləşdirməsi, həmin dövrdə Azərbaycanı üzləşdiyi ağır böhrandan xilas etmək missiyasını öz üzərinə götürməsi tarixi hadisə idi. Partiyanın proqramında əksini tapmış vəzifələrin yerinə yetirilməsi və ideoloji prinsiplərə riayət edilməsi vasitəsilə Azərbaycanın üzləşdiyi acınacaqlı vəziyyətdən çıxış yolları göstərilirdi.
1993-cü ildə Azərbaycanda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətin müstəqilliyini əbədi və dönməz etdi. Ulu Öndər Heydər Əliyev ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə qaldırması ictimai münasibətlərin inkişafına keyfiyyətcə yeni xüsusiyyətlər gətirdi.
Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi varisi ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmışdır. Ali Baş Komandanımız cənab İlham Əliyev bizə Böyük Zəfəri, Qələbəni, müasir tələblərə cavab verən Müzəffər Ordunu, müstəqil xarici siyasəti olan güclü Azərbaycanı və ən nəhayət Dövlət-Xalq və Hakimiyyətin siyasi münasibət fonunda həmrəyliyinə nail olunmasını qazandırdı. Qəhrəman Azərbaycan əsgəri döyüş meydanında misilsiz igidlik və vətənpərvərlik nümunəsi göstərdi. Müharibə dövründə xalq öz birliyini və gücünü nümayiş etdirdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də ermənilərin hərbi təxribatları zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verirdi.
“Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.
Tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə səfərləri də dövlət başçısının sevinc hisslərini ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdihamla qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür. Beləliklə sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Hər xalqa Zəfər Günü nəsib olmur, hər dövlət başçısı xalq və iqtidar birliyini yarada bilmir, hər dövlət haqqına sahib olmaq üçün düşməndən intiqam ala bilmir, hər dövlət başçısı bu qədər cəsarət, bu qədər təcrübə, bu qədər iradə sahibi olmur. Azərbaycan bacardı. Qalib gəlməyi, dəmir yumruğa çevrilməyi, ərazi bütövlüyünü bərpa etməyi bacardı, Vətən yolunda şəhid olmağı bacardı.
2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına cavab olaraq başlanan və cəmi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri ilə separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Tarixi faktlar göstərir ki, Zəfər Günü yalnız bir qələbəni deyil, həm də Azərbaycanın öz suverenliyinə, ərazi bütövlüyünə və milli iradəsinə sahib çıxmasının simvoludur.
Bu gün həmçinin gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanması, dövlətçilik mövqelərinin möhkəmləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.
Hər bir Azərbaycan vətəndaşı üçün 8 Noyabr həm qürur, həm də məsuliyyət günüdür. Xalqımız birliyini, gücünü və vətən sevgisini nümayiş etdirmişdir.
Ona görə də hər kəs – xüsusən gələcək nəsillər qarşısında bu azadlığı qoruyub saxlamaq, dövlətimizin müstəqilliyini möhkəmləndirmək məsuliyyəti dayanır.
Beləliklə, 8 Noyabr – Zəfər Günü Azərbaycanın tarixində əbədi olaraq qalacaqdır. Bu şanlı tarix xalqımızın azadlıq mübarizəsinin, milli birliyinin və dövlətçiliyinin simvoluna çevrilmişdir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri