Icma.az
close
up
RU
Şanlı Qələbənin uğurlu nəticələri

Şanlı Qələbənin uğurlu nəticələri

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kəlbəcər Şəhəri Günü Azərbaycan tarixində xüsusi məna daşıyan, bu bölgənin zəngin irsini, əvəzsiz təbiət gözəlliklərini və insanlar üçün simvolik dəyərini ifadə edən mühüm bir gündür. Qədim türk yurdlarından biri olan Kəlbəcər əsrlər boyunca həm strateji əhəmiyyəti, həm də mədəni-tarixi zənginliyi ilə seçilmişdir. Dağları, sıldırım qayaları, saf bulaqları və rəngbərəng yaylaqları ilə Kəlbəcər təkcə coğrafi məkan deyil, həm də ruhun, kimliyin və yaddaşın ünvanıdır.

25 noyabr 2020-ci il Kəlbəcərin azad olunduğu tarixdir. Bu böyük Qələbə Azərbaycan xalqı üçün təkcə torpaq bütövlüyünün bərpası deyil, həm də tarixi ədalətin təmin edilməsi deməkdir. Kəlbəcərin azadlığına gedən yolda 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın mühüm rolu olmuşdur. Bəyanatda göstərilən şərtlər bölgənin idarə olunması, müvəqqəti qüvvələrin çıxarılması və sülhməramlı mexanizmlərin tətbiqi ilə regionda sabitliyin formalaşmasına şərait yaratdı.
Bu Qələbə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, güclü diplomatik xətti və Müzəffər Ali Baş Komandan kimi nümayiş etdirdiyi liderlik sayəsində mümkün olmuşdur. Onun ordunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər və xalq-iqtidar birliyinin təmin edilməsi Kəlbəcərin döyüşsüz qaytarılmasını şərtləndirən əsas amillərdən biri idi.
Kəlbəcərin azad edilməsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən Kəlbəcər Şəhəri Günü təsis edilmiş və bu tarixin hər il dövlət səviyyəsində qeyd olunması qərara alınmışdır. Bu addım Kəlbəcərin tarixi əhəmiyyətinə verilən böyük dəyərin, həmçinin rayonun gələcək inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Kəlbəcərin dirçəlişi və bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də dövlət başçısının bu bölgəyə xüsusi qayğısının təsdiqidir. Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri zamanı şəhərin yenidən qurulması, yaşayış məhəllələrinin inşası, yeni yol və enerji infrastrukturunun yaradılması, eləcə də Böyük Qayıdış Proqramı çərçivəsində icra olunan layihələr bölgənin inkişafında yeni mərhələnin əsasını qoyur. Bu addımlar Kəlbəcərin təbiətinə, turizminə və sosial-iqtisadi həyatına yeni nəfəs gətirir.
Kəlbəcər Şəhəri Günü həm də burada doğulan insanların öz yurd-yuvaları ilə bağlarını yenidən möhkəmləndirdiyi, gənc nəsillərin isə bu torpağın tarixi-mənəvi dəyərini daha dərindən dərk etdiyi bir gündür. Bu gün Kəlbəcərin zəngin folkloru, musiqi ənənələri, qədim irsi və əvəzsiz təbiəti geniş şəkildə təbliğ olunur.
Nəhayət Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının iradəsini, birliyini və sarsılmaz qələbə əzmini simvolizə edən bir bayramdır. Kəlbəcərin bugünü dirçəlişin, sabahı isə daha böyük inkişafın və qürurun xəbərçisidir.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri