Icma.az
close
up
RU
Azərbaycan ordusunun ƏN ÇƏTİN TAPŞIRIĞI və ölümün gözünə DİK BAXANLAR Səxavət Məmməd yazır Yeni Çağ Media

Azərbaycan ordusunun ƏN ÇƏTİN TAPŞIRIĞI və ölümün gözünə DİK BAXANLAR Səxavət Məmməd yazır Yeni Çağ Media

Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.

Müharibə riskdir. Sonunda qalibiyyət də, məğlubiyyət də var. Müharibələr tarixin gedişatını dəyişən, inkişafı tətikləyən ən önəmli ünsürdür. Yerləşdiyimiz coğrafiya gərəyi tariximiz müharibələrlə zəngidir. Ona görə di Qarabağın müharibəsiz işğaldan azad ediləcəyini qətiyyən düşünməmişdim. Məntiq deyə bir şey var. Qəbul etsək də, etməsək də, qarşı tərəf qan tökərək torpaqları işğal etmişdi. Qan bahasına gedən, qan bahasına da geri gəlməli idi.

Azərbaycanda bir çoxları siyasət gərəyi sülh yolu ilə torpaqları işğaldan azad edəcəyimizi deyirdi və buna inanırdı. Ancaq gerçəyə baxdıqda, “sülh yolu ilə torpaqları işğaldan azad edəcəyik”in arxasında bir qorxu, inamsızlıq da vardı. Alt şüurda hər zaman “yenidən məğlub ola bilərik, yenidən qırğınlara, Xocalıya məruz qala bilərik” vardı. Düzdür, bunu bir çoxları açıq şəkildə etiraf etmir, ancaq gerçəklik heç nəyi dəyişmir.

Bəziləri elə düşünür ki, Rusiya Ermənistanın arxasından çəkilsə idi, qısa zamanda qələbə əldə edə bilərdik. Ancaq reallıqlara baxanda görürük ki, müharibədə qalib gəlmək üçün təkcə say çoxluğu, döyüşkənlik kifayət etmir.

Döyüşkənliyə, fərdi qəhrəmanlığa qalsa, Birinci Qarabağ müharibəsi bununla daha zəngin idi. Müharibə həm də kollektivçilikdir. Xalq, Ali Baş Komandan, ordu və tərəfdaşların birinin zəifliyi, istəksizliyi qələbəni şübhə altına alardı.

Pafosu, populizmi bir kənara atmaq lazımdır. Qarşıdakı düşmən zəif idi? Çox yerdə eşidirəm, çoxları bu fikri səsləndirir: “düşmən qaçırdı, biz də qovalayırdıq”. Bu qarşı tərəfi aşağılamaq kimi işlədilir, gerçəklikdə isə öz ordunun əziyyətini yerə çırpmaq kimi bir şeydir. “Düşmən qaçırdı, biz də qovalayırdıq” ifadəsi müharibə görməyənlərin, müharibədən xəbəri olmayanların boşboğazlığıdır. Gələk, yenə eyni suala: qarşıdakı düşmən zəif idi? Qətiyyən! Azərbaycan ordusu kifayət qədər güclü, hazırlıqlı, döyüş hazırlığı yüksək olan orduya qalib gəlib.

“Ohanyan səddi” bəlkə də müharibələr tarixində çəkilmiş ən çətin müdafiə xəttidir. “Ohanyan səddi”ni araşdıran zaman aydın olur ki, müdafiənin təşkili üçün ağla gələn və gəlməyən hər şeydən istifadə olunmuşdu. Relyefdən də gözəl istifadə edərək, tikanlı məftillər, minalanmış sahələr, texnikaların hərəkətini əngəlləyən sürprizlər, xəndəklər, su ilə doldurulmuş kanallar və təbii ki, həmin xətti daim nəzarətdə saxlayan artilleriya, minaatanlar, “Kornet”lər. Bunu edən düşmənə necə zəif demək olar?! Bəzən deyirlər ki, ilk gün itkilərimiz çox oldu. Reallıqları görənlər isə itkinin hələ az olduğunu bilir və anlayır. Tarixə və hazırkı müharibələri incələyən zaman rahatlıqla demək olar ki, dünyanın heç bir ordusu o xətti bir günə yara bilməzdi. Ancaq Azərbaycan ordusu bunu bacardı. Bilirsiniz, dünyanın bir çox ölkələri Azərbaycan ordusunun əməliyyatlarına heyranlıq duyurlar? Bax elə o səbəblərdən biri bir günə “Ohanyan səddi”nin yarıldığına görədir. Rusiyalı bir neçə zabit müharibə bitəndən sonra açıq şəkildə bildirirdi ki, o xəttin yarılmasını gözləmirdilər.

Müharibədə ən önəmli məsələlərdən biri də verilən strateji qərarlardır. Müharibənin gedişini dəyişən ən önəmli qərarlardan biri Şimal cəbhəsindən Xüsusi Təyinatlı Qüvvələri və Şimal istiqamətinə dəstək üçün verilmiş qüvvələrin bir gecədə Cənub cəbhəsinə göndərilməsi və əzici üstünlüyün əldə edilməsi idi. Ali Baş Komandanın müharibənin gedişində bir neçə belə önəmli strateji qərarı var. Düşünürəm ki, ən önəmli qərarlardan biri isə müharibəyə qədər verilən güc strukturlarının hər birində xüsusi təyinatlı bölmələrin yaradılması olmuşdu. Yəni, ermənilərə və dünyaya təqdim edilən ordunun arxasında tamamilə fərqli bir format, ordu dayanırdı. Kəşfiyyatın ən önəmli işi ehtimallar, proqnozlardır. Bütün güc strukturlarında yaradılan xüsusi təyinatlılar proqnozları, ehtimalları alt-üst etmişdi.

Plan hər an dəyişə bilən, hər an yenilənə bilən bir şeydir. Müharibənin gedişində planlar bir neçə dəfə dəyişdi. Misal üçün, Şuşaya Qırmızı Bazarı keçərək gedilməli olan plan, müəyyən səbəblərdən dəyişdirilərək Hadrut üzərindən həyata keçirildi.

Şuşa əməliyyatı haqqında çox danışılıb, çox yazılıb. Bir çoxları ilə qətiyyən razı deyiləm. Əsas səbəb odur ki, reallıqlar pafosdan daha böyükdür. Pafosu sevənlər fantaziyaları belə o əməliyyatı ifadə edə bilmir. Şuşa əməliyyatını, ümumilikdə o vəziyyəti göz önünə gətirəndə Şuşa qərarının özünü də çətin olduğunu görə bilirsən. Kimin nə istəməyindən asılı olmayaraq bir əməliyyat üçün əldə olan vasitələr, şərait mütləq göz önünə alınmalıdır. Ordu müəyyən bir yerə gəlib çatıb. Qarşıda iki şəhər var: biri Xankəndi, biri də Şuşa. Əldə olan vasitələrə baxdıqda hansının daha asan olacağını nəzərə alsaq, Xankəndi daha asan görünür. Yəni, Xankəndi işğaldan azad olunur, Şuşa anti-terror üçün saxlanılır. Düşünürəm ki, Azərbaycan ordusu ən çətini seçdi. Şuşanın coğrafi mövqeyi, düşmən tərəfindən müdafiəsinin daha asan təşkil olunmasını nəzərə alsaq, çətinin 44 günlük müharibəyə, asanın anti-terrora saxlanıldığını görə bilərik.

Elə əməliyyatlar, elə tapşırıqlar var ki, birbaşa ölüm deməkdir. Yəni, ağlı başında olan şəxs, özü də peşəkar hərbçi aldığı tapşırığa baxanda, o tapşırığı verən də, alan da bilir ki, bunun sonu 100 faizlik ölümdür. Əgər zabit buna “oldu” deyirsə, bunun sözlə ifadəsi yoxdur. Müharibəni araşdıran zaman bir neçə belə tapşırığın olmasını və tapşırığı alanların “Vətən sağ olsun” dediyini bilirəm. Şimaldan qüvvələr Cənuba atılanda “saxlaya biləcəksən?” sualına, “meyitimin üstündən keçə bilərlər” cavabını hər iki tərəflə də dəqiqləşdirmişəm.

Qələbələr, önəmli zəfərlər standartın üzərinə çıxıldıqda baş verir. Düşünürəm ki, müharibədə qələbənin əldə olunmasıda ən önəmli faktorlar olan xalq, Ali Baş Komandan, ordunun birliyi standartın çox üzərinə çıxdı.

Qələbədə ən önəmli pay sahibi şübhəsiz ki, şəhidlərdir. Şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyirəm.

Məğlubiyyət yetim kimidir. Hamı üzərindən atmaq istəyər. Qələbəni sahiblənmək istəyənlər isə çox olar. Düşünürəm ki, Azərbaycanda hər bir fərd qələbədə bir payı olduğunu düşünür. Ona görə də hər kəsi Zəfər Günü münasibəti ilə təbrik edirəm.

Səxavət Məmməd

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 08 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see197

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see179

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see132

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see127

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see127

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see125

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see122

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri