Azərbaycan Ordusunun hərbi qulluqçusu NATO Regional Əməkdaşlıq kursunu müvəffəqiyyətlə bitirib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İtaliya Respublikasının paytaxtı Roma şəhərində yerləşən NATO Müdafiə Kollecində (NDC) 34-cü NATO Regional Əməkdaşlıq kursunun (NRCC-34) buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, kurs müddətində müttəfiq və tərəfdaş ölkələrdən gəlmiş iştirakçılarla birlikdə strateji düşüncə, regional təhlükəsizlik, əməkdaşlıq mexanizmləri və sahə tədqiqatları üzrə dərslər, seminarlar və praktiki fəaliyyətlər aparılıb.
Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Fərman Məmmədov kursu müvəffəqiyyətlə bitirib.
Tədbirin sonunda məzunlara hərbi təhsil müəssisəsinin komandanı tərəfindən diplomlar təqdim edilib.
Baxış sayı:40
Bu xəbər 10 Noyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















