Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlunun səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat etməsi ilə bağlı faktı təsdiq edirik.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
20 Noyabr 2024 21:37

