Icma.az
close
up
RU
Azərbaycan Ordusunun məşhur generalının yubileyidir FOTOLAR

Azərbaycan Ordusunun məşhur generalının yubileyidir FOTOLAR

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycan Ordusunun məşhur zabiti, 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri olan general-leytenant Mais Bərxudarovun yubileyidir.Gununsesi.info xəbər verir ki, o, 50 yaşını qeyd edir.Mais Şükür oğlu Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı şəhərində doğulub.

Uşaq yaşlarında güləşlə məşğul olan M.Bərxudarov Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra M.Bərxudarov Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olub. O, 1993-cü ildə cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı onu yanına çağırır və cəbhəyə yollanmaq üçün hələ tez olduğunu bildirir.

1998-ci ildə baş leytenant M.Bərxudarov “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Bu ordeni ona Ümummilli lider Heydər Əliyev təqdim edib.

2012-ci ildə isə polkovnik rütbəsi daşıyan zabit “Vətən uğrunda” medalına layiq görülüb.

2016-cı il aprelin 1-5-i tarixlərində Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak edib, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib. Hadisə şahidlərinin verdiyi məlumata görə, M.Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə aparıb.

Ali Baş Komandan İlham Əliyev Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə ona general-mayor rütbəsi verib.

M.Bərxudarov həmçinin 44 günlük Vətən müharibəsində də döyüşüb. O, Cəbrayıl, Xocavənd, Füzuli və Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları, həmçinin “Qarabağ” ordeni ilə təltif edilib.

General xidməti dövründə ümumikdə 20-yə yaxın orden və medalla təltif olunub. 2022-ci ildə isə dövlət başçısının sərəncamı ilə general-leytenant ali hərbi rütbəsinə layiq görülüb.

Bu gün yubileyini qeyd edən M.Bərxudarov hazırda Müdafiə Nazirliyinin İnspeksiya idarəsində xidmətini davam etdirir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Aprel 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see695

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see422

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see227

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see209

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see201

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see198

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see196

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see191

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see189

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see175

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see174

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see159

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri