Icma.az
close
up
RU
Azərbaycan ötən il sosial iqtisadi inkişaf strategiyasının icrasına 6,4 milyard manat xərcləyib

Azərbaycan ötən il sosial iqtisadi inkişaf strategiyasının icrasına 6,4 milyard manat xərcləyib

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

“2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sının maliyyə təminatı üçün ötən il 6 milyard 390,6 milyon manat icra olunub.

525.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, icra olunmuş vəsaitin əhəmiyyətli hissəsini əsaslı xərclər təşkil edib. Təqdim edilən məlumatlarda icra olunan vəsait Strategiyanın bəndləri üzrə ayrıca əks etdirilsə də, əsas icraçı orqanlar (qurumlar) üzrə icra olunmuş vəsait barədə məlumatlar göstərilməyib.

Strategiya üzrə icra edilmiş vəsait əvvəlki illə müqayisədə 705 milyon manat azalıb, azalma əsasən 2-ci Prioritet olan “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” üzrə qeydə alınıb. 2023-cü ildən fərqli olaraq, hesabat ilində bu prioritet üzrə yalnız 1 tədbir üçün vəsait icra edilib, əvvəlki ildə 575 milyon 300 min manat vəsaitin icra edildiyi bölüşdürülməmiş xərc istiqamətləri üzrə vəsait icra edilməyib.

Dövlət büdcəsinin icrasına dair hesabatların, o cümlədən Strategiya üzrə təqdim edilmiş məlumatların təhlili aşağıdakı nəticələrə gəlməyə əsas verib:

- Strategiya xərcləri barədə məlumatlar layihə və icra sənədləşməsinə fərqli yanaşma əsasında daxil edilib, bu isə proqnoz və icra üzrə qiymətləndirmələrin aparılmasına təsir edib (Strategiyanın maliyyə təminatına dair proqnoz ümumi şəkildə təqdim edilsə də, icra məbləğləri tədbirlər üzrə təqdim edilib);

- Strategiyanın tədbirlərində nəzərə alınmış makrofiskal göstəricilərin proqnozları tam və ya qismən yerinə yetirilib;

- Strategiyanın bəzi əhəmiyyətli fəaliyyət istiqamətləri üzrə işlərin görülməsi fonunda həmin istiqamətlər üzrə Strategiyada maliyyə tutumu əks etdirilməyib (məsələn, Qeyri-neft/qaz əmtəə və xidmətlər ixracının şaxələnməsi və həcminin artırılmasının dəstəklənməsi, Əhalinin yaşayış standartlarının yaxşılaşdırılması üçün mənzil-tikinti işinin inkişaf etdirilməsi, Özəl sektorda məşğulluğun stimullaşdırılması, Sosial cəhətdən həssas əhali qruplarının dayanıqlı sosial xidmətlərlə təminatının artırılması və s.).

- Strategiyanın bəzi fəaliyyət istiqamətləri üzrə (məsələn, Makroiqtisadi sabitliyin təmin edilməsi, Fiskal tənzimləmənin təkmilləşdirilməsi və s.) qurumların funksional fəaliyyəti çərçivəsində işlər həyata keçirilsə də, müvafiq xərclər Strategiyanın məbləğinə aid edilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://525.az
archiveBu xəbər 27 May 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri