Növbəti il 2022 2026 cı illərdə sosial iqtisadi inkişaf Strategiyasının icrasına ayrılan vəsait açıqlanıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2026-cı ildə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası üçün 4,6 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
“APA-Economics”in xəbərinə görə, bu Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə əksini tapıb.
Qeyd edilib ki, büdcə siyasətinin formalaşdırılmasında əsas çağırış kimi qəbul edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası üçün 2020-2024-cü illərdə dövlət büdcəsindən təqribən 24,6 milyard manat məbləğində vəsait ayrılmış, cari ilin dövlət büdcəsində sözügedən Strategiyanın icrası üçün 6,3 milyard manat proqnozlaşdırılıb.


