Icma.az
close
up
RU
Azərbaycan öz beynəlxalq sferasında böyük dövlətdir

Azərbaycan öz beynəlxalq sferasında böyük dövlətdir

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Mötəzz Muhi Əbdülhəmid: “Prezident İlham Əliyev müdrik bir siyasət həyata keçirir”

Mötəzz Muhi Əbdülhəmid (Mutaz Mohi Abdulhamid) iraqlı tarixçi, İraq Respublika Strateji Tədqiqatlar Mərkəzinin direktoru və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəridir. O, Azərbaycan-İraq əlaqələrinin inkişafında, xüsusilə 20 Yanvar faciəsinin beynəlxalq səviyyədə tanıdılması və Azərbaycanın müstəqillik tarixinin öyrənilməsində fəal iştirak edən tanınmış ictimai-siyasi xadimdir.

Qeyd edək ki, İraq-Azərbaycan Dostluq Cəmiyyəti İraq və Azərbaycan arasında elmi, mədəni və strateji əlaqələrin gücləndirilməsi istiqamətində işlər aparır.

Mötəzz Muhi Əbdülhəmid həmçinin İraq mətbuatında Azərbaycanın haqq işini, o cümlədən Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri müdafiə edən yazıları ilə tanınır.

Bizimlə söhbətləşən Mötəzz Muhi Əbdülhəmid dedi ki, onun marağı 2013-cü ildə Azərbaycana ilk səfərindən əvvəl başladı və gözəl ölkəniz haqqında bir çox mühüm tarixi və siyasi sənədləri oxudum: "İki dəfə Şuşada olmuşam. İkinci dəfə isə Sidney konfransında Şuşa və Əl-Cit KİV-lərinin 44 günlük müharibə zamanı Ermənistandakı saxta xəbərlərlə bağlı müzakirəsində, Bakıda keçirilən bir neçə əhəmiyyətli tədbirlərdə iştirak etmişəm, Bakıdakı Humanitar Elmlər Akademiyası ilə elmi müqavilələr bağlamışam. Bu haqda yazıb-yaratmağa davam edirəm, müxtəlif institutlarda yazıçılarla, alimlərlə çoxlu dostluqlarım var, hətta rəsmi şəxslərlə də faydalı görüşlərim olub. Bəli, mən Azərbaycanın haqlı davasının, onun tarixi hüquqlarının müdafiəçisiyəm və bundan sonra da Azərbaycanı müdafiə edəcəyəm. Mən sizin xalqınızı, hökumətinizi və şanlı xəritələrinizi sevirəm, Azərbaycan mənə doğmadır, həmişə onun haqlı mövqeyini müdafiə etmişəm. Azərbaycan xalqı mərd, qonaqpərvərdir, həm də mübarizdir. 44 günlük məlum müharibədə xalq öz qəhrəmanlığını döyüş meydanında göstərdi. Mən bu mübarizliyi, qəhrəmanlığı, zəngin tarixinizi İraq mediasında dünya ictimaiyyətinə çatdırmaqla şərəf duyuram".

O, həmçinin qeyd edib ki, İraq mətbuatında, redaktor olduğu “Sədəqə” qəzetində Azərbaycanka bağlı yüzlərlə məqaləsi çap olunub. Azərbaycanla bağlı dərc olunan xəbərlər çox faydalıdır. Ancaq çox nadir hallarda istifadə olunur. Yəni, Azərbaycanla bağlı yazılara intensiv rast gəlinmir.

Ona görə də cəmiyyətin orqanı olan “Dostluq” qəzetini çıxarmaq qərarına gəlib: "Mən Azərbaycanı, xalqını çox sevirəm, bu haqda inam, sevgi və sədaqətlə yazıram. Və fəaliyyətimlə fəxr edirəm. Azərbaycanla bağlı üç kitabın müəllifiyəm - “Qarabağ: Qələbə, hərbi və siyasi”, “Azərbaycanın ləl-cəvahiri Şuşa” və “Qarabağ: Münaqişənin tarixi”. İkinci kitabım Şuşa səfərimin təəssüratlarından ibarətdir.

Prezidentin köməkçisinə “Azərbaycanın ləl-cəvahiri Şuşa” kitabını hədiyyə etmişəm. Bundan başqa kitablarımı Azərbaycan Yazıçılar Birliyinin sədrinə də hədiyyə etdim və ittifaqa üzv seçildim".

Onunla bir az siyasətdən də söhbətləşdik. Dedi ki, Prezident İlham Əliyev müdrik və uzaqgörən bir siyasət həyata keçirir. Bu, bütün dünya dövlətlərinin çox gözəl və çox hörmət etdiyi, sülh və sevgini yayan, təcavüzü, işğalı, ölkələrin daxili işlərinə qarışmağı rədd edən, ərəb və islam ölkələri ilə möhkəm əlaqələr quran siyasətdir. O, qeyd etdi ki, 44 günlük müharibə davamlı sülhə doğru dönüş nöqtəsi oldu. Faciələri bizdən danışan professor vurğuladı ki, 20 Yanvar Azərbaycan milli kimliyinin formalaşmasında mühüm dönüş nöqtəsidir: "Mən Ermənistan konstitusiyasının maddələrini dəyişdirmədən münaqişədən qaçmaq, iki ölkə arasında sülhü qorumaq və tələbələr arasında sərhədləri müəyyən etmək üçün sülh yolu kimi Ermənistanın üsullarını diqqətlə izləyirəm.

Azərbaycan öz beynəlxalq sferasında böyük dövlətdir, xidmətlərinə, tarixi irsinə, əsl sivilizasiyasına görə əksər ərəb və islam ölkələrində insanların məhəbbətini qazanıb və bununla fəxr edirik. Azərbaycanın müxtəlif institutları, universitetləri ilə mədəni, ədəbi əlaqələrimiz var. Mən döyüş meydanlarında oldum, prezident Əliyevin döyüşlər zamanı və qazanılan qələbədən sonra çıxışlarını dinlədim. Azərbaycan öz gücü ilə 30 il işğalda qalan torpaqlarını azad etməklə tarix yazdı. Bu əbədidir".

Mötəzz Muhi Əbdülhəmid sonda dedi ki, Azərbaycanı, xalqını, dövlətini hər zaman sevəcək. Onun Ümummilli Lider Heydər Əliyevin həyatından bəhs edən “Lider Heydər Əliyev: Xalqın və millətin lideri” adlı dördüncü kitabım hazırda mətbəədədir, tezliklə işıq üzü görəcək.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Fevral 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri