Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Çin Azərbaycan dostluğu: Bakı milli maraqlarını effektiv şəkildə qorumağı bacarır

Çin Azərbaycan dostluğu: Bakı milli maraqlarını effektiv şəkildə qorumağı bacarır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çin-Azərbaycan münasibətləri qlobal güc mübarizəsində Azərbaycanın təsir imkanlarını genişləndirən strateji alət kimi çıxış edir

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri beynəlxalq siyasətdə maraqlı proseslərin cərəyan etdiyi bir dövrə təsadüf edir. Qlobal güc balansının yenidən formalaşdığı, ABŞ–Çin rəqabətinin kəskinləşdiyi və Rusiya–Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Azərbaycanın Şərqlə strateji əməkdaşlığa yönəlməsi regionda və dünyada maraqla qarşılanır.



Bu kontekstdə Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Vüqar Dadaşov “Sherg.az”a açıqlamasında səfərin mahiyyətini və geosiyasi əhəmiyyətini geniş təhlil edib. Onun fikrincə, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri təkcə Azərbaycan və Çin arasında ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilməməlidir. V.Dadaşovun sözlərinə görə, bu səfər, əslində, dünyanın yenidən formalaşdığı bir dönəmdə Azərbaycanın geosiyasi çəkisinin artmasının göstəricisidir: 


“Hazırkı beynəlxalq münasibətlər sistemində ABŞ–Çin rəqabəti, Rusiya–Ukrayna müharibəsi, Avropa ilə Rusiya arasındakı qarşıdurmalar fonunda Azərbaycanla Çinin strateji tərəfdaşlığı mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Azərbaycanın yalnız regional deyil, qlobal proseslərə də təsir imkanlarını artırır. Xüsusilə Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” və “İpək yolu” layihələri çərçivəsində Azərbaycanın iştirakı Pekin üçün mühüm dəstək hesab olunur. Eyni zamanda, Azərbaycanın Tayvan məsələsində Çinlə həmrəylik nümayiş etdirməsi, Bakının Pekin tərəfindən strateji tərəfdaş kimi qəbul olunmasına zəmin yaradır.


V.Dadaşov qeyd edib ki, Prezident İlham Əliyevin səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da qeyd olunub ki, Çin Azərbaycanın təqdim etdiyi sülh gündəliyini dəstəkləyir:

“Bu, Pekinin adətən neytral mövqe sərgilədiyi beynəlxalq münasibətlərdə Azərbaycana yönəlik istisna hal kimi qiymətləndirilir. Hindistanın Ermənistanı silahlandırması, Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olur. Bu zaman Çinin regionda artan rolu Azərbaycanın maraqları baxımından balans yaradır. Çinin həm Pakistanla müttəfiqlik münasibətləri, həm də Türkiyə ilə isti əlaqələri fonunda, Azərbaycan–Çin tərəfdaşlığı Bakının geostrateji mövqeyini daha da gücləndirir”.


Ekspertin sözlərinə görə, Rusiya–Ukrayna müharibəsində Çinin Moskva ilə yaxınlığı, Azərbaycan-Rusiya münasibətlərində son dövrlərdə müşahidə olunan soyuqluq fonunda, Pekinin Bakıya dəstəyi yeni balans yaratmağa imkan verir: 

“Eyni zamanda, Avropa İttifaqının Orta Asiyada möhkəmlənmək istəyində Azərbaycan üzərindən keçən enerji və tranzit yolları əsas amillərdəndir. Bu səbəbdən, Avropa Çinlə münasibətləri tənzimləyərkən Azərbaycanın maraqlarını da nəzərə almağa məcburdur”.


V.Dadaşov həmçinn əlavə edib ki, Azərbaycan-Çin münasibətlərinə həm də ABŞ-Çin rəqabəti və iqtisadi qarşıdurma kontekstindən də baxmaq mütləqdir:

 “Bu ilin mart ayında İsrail milli missiyalar naziri Orit Ştrak açıqlamasında İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparıldığını bildirib. Əgər qeyd edilən kontekstdən Çin- Azərbaycan münasibətlərini dəyərləndirsək, qənaət belədir ki, Azərbaycan balanslı siyasət kursunu davam etdirir, qarşıdurma tərəfləri ilə siyasətində milli maraqlar əsas şərt kimi, həm də Azərbaycanın  müttəfiqlərinin (xüsusən Türkiyə, Böyük Britaniya) ümumi maraqları hesaba götürülür. Qaldı ki Orit Ştrakın açıqlamasına, Azərbaycan-İsrail strateji müttəfiqliyinin rəsmiləşməsi mümkün görünsə də, ABŞ ilə bağlı qeyd etmək lazımdır ki, İran məsələsi həll olunmayınca üçtərəfli strateji müttəfiqlik hələ ki, mümkün deyil. ABŞ-də Donald Tramp hakimiyyətindən sonra üçtərəfli müttəfiqlik anlaşması daha da çətinləşə bilər”.


Yeni düzəndə Azərbaycanın rolunun güclənməsinə diqqət çəkən MCP funksionerinin dediyinə görə, Çin–Azərbaycan münasibətləri təkcə iki ölkənin maraqları çərçivəsində deyil, qlobal güc mübarizəsində Azərbaycanın təsir imkanlarını genişləndirən strateji alət kimi çıxış edir. Azərbaycan öz balanslı siyasəti ilə həm regional, həm də qlobal güclər arasında milli maraqlarını effektiv şəkildə qorumağı bacarır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Aprel 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see599

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see504

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see454

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see327

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see313

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see306

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see299

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see285

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see269

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see261

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see248

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see236

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see232

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see209

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see206

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see206

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see203

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see190

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see190

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri