Azərbaycan Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının onlayn qaydada iclası keçirilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla videokonfrans formatında görüş keçirilib: “İclasda şirkətin fəaliyyəti, qarşılıqlı investisiyaların təşviqi və biznes tərəfdaşlığının gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”.
"Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin intensiv inkişafını məmnunluqla qeyd etdik, eləcə də potensial əməkdaşlıq istiqamətləri və birgə həyata keçirilən layihələr barədə fikir mübadiləsi apardıq",-deyə nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 17 Aprel 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















