Icma.az
close
up
RU
“Azərbaycan Özbəkistan münasibətləri nümunəvi tərəfdaşlıq modelidir” Kamaləddin Qafarov

“Azərbaycan Özbəkistan münasibətləri nümunəvi tərəfdaşlıq modelidir” Kamaləddin Qafarov

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Cənab Prezident İlham Əliyevin noyabrın 13-də Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə dair səsləndirdiyi fikirlər Azərbaycanın bölgədəki rolunu və qardaş ölkələrlə formalaşan strateji əməkdaşlığın mahiyyətini aydın ifadə edir”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, son illərdə Mərkəzi Asiya ölkələri ilə siyasi əlaqələrin intensivliyi təkcə diplomatik zərurətdən irəli gəlmir, həm də ümumi tarix, mədəniyyət, dini-mənəvi bağlar kimi dərin köklərə söykənir. “Əlbəttə ki, Azərbaycan üçün bu platformada ardıcıl iştirak həm regional həmrəyliyin nümayişidir, həm də Xəzər hövzəsi boyunca yaranan yeni geosiyasi düzənə uyğunlaşmanın ifadəsidir. Xəzər dənizi bu gün təkcə coğrafi xəritədə su hövzəsi deyil, bütöv bir məkanın strateji birləşdirici damarına çevrilib. Bu dəniz üzərindən qurulan siyasi, iqtisadi və nəqliyyat əlaqələri regionun bütövlüyünü və gələcək inkişafını müəyyən edən əsas elementlərdəndir. Son üç ildə Mərkəzi Asiya dövlət rəhbərlərinin Azərbaycana təxminən 30 səfər etməsi, eyni zamanda, cənab Prezident İlham Əliyevin bu ölkələrə 13 dəfə səfərinin reallaşması diplomatik fəallığın miqyasını göstərməklə yanaşı, qarşılıqlı etimadın sabitliyini də ortaya qoyur. Dövlət başçısının Orta Dəhlizin geostrateji əhəmiyyətinə xüsusi diqqət yönəltməsi isə Azərbaycanın təkcə nəqliyyat qovşağı olmadığını, həm də Avrasiya logistik sisteminin vacib qərarverici aktoruna çevrildiyini göstərir. Daşkənddə keçiriləcək 7-ci Məşvərət görüşündən gözləntilər isə ölkəmizin Mərkəzi Asiya ilə əməkdaşlığının daha sistemli və uzunmüddətli inkişaf mərhələsinə keçdiyini təsdiqləyir.”

Fikirlərini davam etdirən K.Qafarov Azərbaycan - Özbəkistan münasibətlərinə toxunaraq bildirib ki, bu əlaqələr təkcə regional əməkdaşlığın bir hissəsi deyil, bütövlükdə Türk dünyası daxilində nümunəvi tərəfdaşlıq modelidir: “Cənab Prezident İlham Əliyev öz müsahibəsində ikitərəfli münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini və bu dərinləşmənin həm siyasi etimada, həm də liderlər arasındakı şəxsi dostluğa söykəndiyini xüsusi vurğulayır. İqtisadi-ticari əlaqələrdəki artım, son illərdə həcmcə iki dəfəyə yaxınlaşan ticarət dövriyyəsi və investisiya layihələrinin genişlənməsi bu münasibətlərin real məzmununu daha da gücləndirir. Nəqliyyat və logistika sahəsində Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından biri kimi Özbəkistan və digər Mərkəzi Asiya ölkələri üçün etibarlı tranzit platforması yaradır. Energetika əməkdaşlığında isə yaşıl enerji və regional inteqrasiya xətti yeni perspektivlər açır. Mədəni-humanitar sahələrdə həyata keçirilən layihələr, qardaşlaşmış şəhərlər, mədəniyyət günləri və ortaq idman təşəbbüsləri xalqlar arasında bağları daha da möhkəmləndirir. Cənab Prezidentin bu sahələrə dair açıqlamalarından aydın olur ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə dövlətlərarası əməkdaşlıq deyil, həm də iki qardaş xalqın sarsılmaz mənəvi həmrəyliyi üzərində qurulmuş strateji gələcək modelidir”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see202

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see184

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see172

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see137

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see135

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri