Icma.az
close
up
RU
Kamaləddin Qafarov: “Özbəkistan bizim üçün dost və qardaş ölkədir”

Kamaləddin Qafarov: “Özbəkistan bizim üçün dost və qardaş ölkədir”

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədə uğurla inkişaf etməkdədir. Məlum olduğu kimi, keçən il Daşkənddə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev tərəfindən Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Bu, ölkələrarası münasibətlərdə ən yüksək və əhəmiyyətli sənəddir”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, uzun müddətdir Azərbaycan və Özbəkistan arasında qarşılıqlı əlaqələr hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində daha da intensivləşir. “Özbəkistan Prezidentinin iyulun 2-də ölkəmizə etdiyi növbəti dövlət səfəri də Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərinin inkişafında daha bir mühüm mərhələ olacaq. Səfər çərçivəsində Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. Ali toplantıda minimum yaxın bir neçə ay müddətinə tədbirlər proqramı müəyyənləşdirilib. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, ölkələrimizi həm tarix, həm mədəniyyət, həm ortaq dil və etnik yaxınlıq birləşdirir. Bu, möhkəm dostluq və qardaşlıq əlaqələri üçün çox sağlam bünövrədir. Bu gün Azərbaycan və Özbəkistan bütün Türk dünyasının inkişafına və güclənməsinə misilsiz töhfələr verən, müstəqil xarici siyasət kursu yürüdən və eyni zamanda, özləri bütün sahələrdə böyük uğurlar qazanmış güclü müstəqil dövlətlərdir. Əlbəttə ki, ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionlarının inkişafına, Türk dünyasının daha da güclənməsinə xidmət edir.”

K. Qafarov Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışının da mühüm və əlamətdar hadisə olduğunu qeyd edib: “Məlum olduğu kimi, Özbəkistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində iyulun 2-də hər iki ölkənin dövlət başçıları Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər. Bu, əlbəttə ki, mühüm tarixi-siyasi hadisədir. Müasir tələblərə cavab verən yeni kompleksdə yaradılan şərait iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına hesablanıb. İnkişaf perspektivləri isə kifayət qədər geniş və əhatəlidir. Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq, praktiki olaraq, bir çox layihələrlə təmin edilib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollar olsa da, müzakirə olunan planlar bu rəqəmi bir neçə dəfə üstələyir. Əlbəttə, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrinin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 İyul 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri