Icma.az
close
up
RU
Kamaləddin Qafarov: “Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir”

Kamaləddin Qafarov: “Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir”

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti isə xüsusi önəm daşıyır”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır. “Bu baxımdan cənab Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana işgüzar səfəri də mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, həmin tarixdə Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Zirvə Görüşü keçirilib.”

K.Qafarov bildirib ki, Türkmənbaşı Sammitində əldə olunan razılaşmalar və imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə olacaq: “ Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə və möhkəm əsaslar üzərində qurulması Üçtərəfli Zirvə Görüşünün effektivliyini artıran əsas amillərdən biri kimi dəyərləndirilir. Cənab Prezident İlham Əliyevin Sammitin yekunlarına dair mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, hazırda Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Cari ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri dövlət başçımızın dəvəti ilə Azərbaycanda səfərdə olmuşdur. İki gün ərzində aparılan müzakirələr göstərdi ki, bir çox məsələlərdə ölkə rəhbərlərinin mövqeləri üst-üstə düşür. Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviçin burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdüyünü xatırladan cənab Prezident İlham Əliyev bunu türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsi, qardaşlığın təcəssümü kimi qiymətləndirdi. Cənab Prezident əmin olduğunu bildirdi ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək. Əlbəttə ki, Sammitin gedişində əldə olunmuş razılaşmaların nəticələri olaraq Azərbaycan və Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol və Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu kimi mühüm sənədlərin imzalanması da üç qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə olacaq.”

K.Qafarov Özbəkistanla dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq deyib: “Cənab Prezident İlham Əliyevin bəyanatında Azərbaycan-Özbəkistan əlaqələrinin səmimi dostluq münasibətləri üzərində qurulduğu xüsusi qeyd olundu. Dövlətimizin başçısı bu gün Xankəndidə Özbəkistanın inşa etdiyi böyük tikiş fabrikinin fəaliyyət göstərdiyini xatırlatdı. Qeyd olundu ki, bu, Azərbaycana- dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Özbəkistanın ilk qardaşlıq hədiyyəsi isə, Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin inşası olmuşdur. Əminliklə demək olar ki, Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələri bundan sonra da səmimi dostluq və qardaşlıq münasibətləri əsasında inkişafda olacaq və hər üç ölkənin xalqlarının rifahına xidmət edəcəkdir”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Avqust 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri