Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Azərbaycan özünün başlatdığı sülh prosesinə tam sadiqdir

Azərbaycan özünün başlatdığı sülh prosesinə tam sadiqdir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin ən mühüm mərhələlərindən biri yaşandı. Həmin gün “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması Cənubi Qafqazda uzun illər davam edən münaqişənin hüquqi-siyasi müstəvidə yekunlaşması istiqamətində atılan ən mühüm addım kimi tarixə düşdü. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin başlatdığı sülh təşəbbüsünün nəticəsi olan bu hadisə respublikamızın mühüm siyasi-diplomatik uğuru olmaqla, regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın formalaşması üçün yeni mərhələnin əsasını qoydu.
Bir il əvvəl Azərbaycanın təşəbbüsləri və ABŞ-nin dəstəyi ilə Vaşinqtonda əldə olunan razıkaşmalar regionda dayanıqlı sabitliyin, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın möhkəm təməllərini formalaşdırdı. Keçirilən tarixi görüşlər bir daha sübut etdi ki, Azərbaycanın hər zaman bəyan etdiyi sülh, təhlükəsizlik, qarşılıqlı etimad və suverenliyə hörmət kimi məsələlər regionun rifahının əsas şərtləridir.
44 günlük Vətən müharibəsindən sonra regionda sülhün və sabitliyin bərqərar olunması məqsədi ilə ilk təşəbbüslə çıxış edən məhz rəsmi Bakı oldu. Qalib Azərbaycan prosesləri diplomatiya masasına yönəldərək, Ermənistana beynəlxalq hüququn normalarına əsaslanan 5 əsas prinsipdən ibarət sülh gündəliyini təqdim etdi. Bu prinsiplər qlobal güclər, beynəlxalq təşkilatlar tərəfindən də geniş dəstək qazandı və təqdir edildi. İki ölkə arasında kənar müdaxilələrdən uzaq, birbaşa və intensiv danışıqlar formatının qurulması nəticəsində 2025-ci ilin mart ayında “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in ilkin layihəsi üzərində işlər uğurla başa çatdırıldı. Avqustun 8-də isə layihəsi əvvəlsı qeyd etdiyim kimi, Vaşinqtonda paraflandı. Bu məsələnin dünyanın ən böyük güc mərkəzində rəsmiləşdirilməsi Azərbaycanın sülh modelinin qlobal səviyyədə tam qəbul olunduğunu və dəstəkləndiyini nümayiş etdirdi.
Beləliklə, bir il əvvəl Prezident İlham Əlivevin ABŞ-yə işgüzar səfəri və Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın başlatdığı sülh prosesinin tamamilə yeni mərhələyə keçdiyini aydın nümayiş etdirdi. Tərəflər sülh gündəliyinin mühüm aspektləri üzrə irəliləyişlər əldə edərək, sazişin əsas prinsipləri ilə bağlı razılığın əldə olunduğunu təsdiqlədilər.
Eyni zamanda, Prezident İlham Əlivevin ABŞ-yə işgüzar səfərinin praktiki nəticəsi regionda yeni logistika reallıqlarının formalaşdırılması və geniş əməkdaşlıq perspektivlərinin açılması oldu. Belə ki, kommunikasiyaların bərpası istiqamətində konkret addımlar müəyyənləşdirildi, sərhədlərin dəqiqləşdirilməsi prosesinin sürətləndirilməsi qərara alındı.
Vaşinqton sammitindən keçən bir il ərzində Cənubi Qafqazda sülhün və regional inteqrasiyanın möhkəmləndirilməsi istiqamətində misilsiz irəliləyişlər əldə olunub. Bu dövrdə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə birləşdirən nəqliyyat və kommunikasiya xətlərinin, TRIPP layihəsinin açılması üzrə konkret işlərə start verilib. Həmçinin ikitərəfli hökumət komissiyalarının fəaliyyəti intensivləşib, sərhəd xətlərinin dəqiqləşdirilməsi işləri uğurla davam etdirilib.
Ötən bir ilin reallıqları göstərir ki, Azərbaycan özünün başlatdığı sülh prosesinə tam sadiqdir. Bunu ərazilərimizin işğalı dövründə respublikamızın Ermənistana qarşı tətbiq etdiyi nəqliyyat-logistika blokadasının aradan qaldırılması istiqamətində praktiki addımlar atması da təsdiq edir. Bu müddət ərzində Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana müxtəlif məhsulların göndərilməsi, habelə, ölkəmizdən Ermənistana yanacağın ixrac edilməsi Bakının sülhə sadiqliyinin əyani sübutudur.
Ermənistandakı revanşist qüvvələrin prosesə kölgə salmaq cəhdlərinə baxmayaraq, sülh mühitinin real iqtisadi faydalarını görən Ermənistan cəmiyyətinin böyük hissəsi də Azərbaycanın başlatdığı normallaşma prosesinə rəğbət göstərir. İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələri də təsdiqlədi ki, Azərbaycanın sülh gündəliyi qarşı tərəfdə yeganə çıxış yolu kimi qəbul edilir. Paralel olaraq, iki ölkə arasında humanitar təmasların, vətəndaş cəmiyyəti və media nümayəndələrinin görüşlərinin baş tutması illərlə formalaşmış psixoloji baryerlərin aradan qaldırılmasına töhfə verir.
Cənab Prezident İlham Əliyev sülh prosesini və onun gətirdiyi müsbət dinamikanı belə qiymətləndirib: “Ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişinin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti və media nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir”.
Sülh və regional inteqrasiya prosesi Ermənistana daha çox lazımdır. İşğalçılıq siyasəti səbəbindən Cənubi Qafqazın enerji və nəqliyyat layihələrindən kənarda qalan İrəvan məhz Azərbaycanın yaratdığı yeni geosiyasi şərait sayəsində iqtisadi və kommunikasiya blokadasından çıxmaq imkanı əldə edib. Bakının irəli sürdüyü sülh gündəliyi Ermənistan üçün iqtisadi dirçəlişə nail olmağın yeganə yoludur. Buna görə də rəsmi İrəvan sülh prosesini ləngidən lazımsız bəhanələrdən imtina etməli, tarixi şansı öz cəmiyyətinin rifahı naminə dəyərləndirməlidir. Sülh prosesinin de-yure müstəviyə keçməsi tamamilə Ermənistanın atacağı hüquqi-siyasi addımlardan asılıdır. İki ölkə arasında daimi sülhün hüquqi təminatı üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddiaları birdəfəlik aradan qaldırılmalı, qanunvericilik bazası sülhün ruhuna tam uyğunlaşdırılmalıdır.
Ermənistanda son aylarda bu istiqamətdə başlayan müzakirələr və hüquqi islahat təşəbbüsləri göstərir ki, İrəvan sülh və əmkdaşlığın alternativsiz olduğunu anlamağa başlayıb. Prosesin gedişatı da göstərir ki, Prezident İlham Əliyevin müəllifi olduğu və uzaqgörənliklə addım-addım reallaşdırdığı sülh strategiyası tezliklə özünün tam hüquqi təsdiqini tapacaq. Yekun sülh müqaviləsinin imzalanması ilə Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və beynəlxalq hüquqa söykənən yeni dövr başlayacaq.
Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Avqust 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see650

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see443

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see439

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see405

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see389

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see384

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see346

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see285

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see271

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see267

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see249

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see244

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see230

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see226

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see226

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see225

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see222

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see217

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri