Icma.az
close
up
RU
Azərbaycan özünün enerji potensialını daim artırır

Azərbaycan özünün enerji potensialını daim artırır

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan dövləti ölkənin enerji təhlükəsizliyinin təminatı və enerji potensialının daha da gücləndirilməsi məqsədilə irimiqyaslı layihələrin reallaşdırılmasını davam etdirir. Bu baxımdan iyunun 24-də Mingəçevirdə yeni, “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsi önəmli hadisədir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

O, bildirib ki, stansiyanın açılış mərasimində iştirak edən cənab Prezident İlham Əliyev öz çıxışında “8 Noyabr” Elektrik Stansiyasının Azərbaycanda ən böyük elektrik stansiyası olmasını xüsusi vurğulayıb:

“1880 meqavat gücündə olan bu stansiya ölkənin enerji potensialını təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq. Dövlətimizin başçısı Mingəçevir şəhərinin artıq 1970-ci illərdən başlayaraq Azərbaycanda energetika sektorunda mərkəzi rol oynadığını diqqətə çatdırdı. Qeyd olundu ki, 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur və Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir".

K.Qafarov Prezident İlham Əliyevin enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyi üçün həlledici amillərdən biri olması barədə səsləndirdiyi fikirlərin önəmini vurğulayıb:

“Bu gün biz dünyada müşahidə olunan, demək olar, bütün silahlı münaqişə zonalarında energetika obyektlərinin, ilk növbədə, hücuma məruz qalan hədəflər sırasında olduğunu görürük. Əlbəttə ki, bunda məqsəd qarşı tərəfin enerji potensialını sarsıtmaq, onu iflic vəziyyətə salmaqdır. Öz çıxışında cənab Prezident bu məsələyə toxunaraq bildirdi ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün Avropa məkanında enerji xətlərinin təhlükə altında olmasının çox böyük fəsadlara gətirib çıxarması da bunu təsdiq edir. Təsadüfi deyil ki, bu gün Avropa İttifaqı tamamilə haqlı olaraq özünün enerji təhlükəsizliyini təmin edən ölkələr sırasında duran Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki hazırda Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir və onlardan 10-u Avropa ölkəsidir. Məlum olduğu kimi, qaz təchizatının coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Bir çox ölkələr Azərbaycan qazından istifadə etməklə özünün enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz təbii qaz, xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edir. Lakin yaxın gələcəkdə Azərbaycan artıq həm də yaşıl enerji ixrac edəcək. Beləliklə, cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq və Azərbaycan bu bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 İyun 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri