Xarici dövlət borcumuz valyuta ehtiyatlarından azdır Deputat
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycanın xarici dövlət borcu 4,5 milyard dollar təşkil edir. Bu, ümumi daxili məhsulun 5,6 faizi həddindədir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatlarının ümumi həcmi 89,4 milyard dollara çatıb. Bu məbləğ xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir.
A.Əmiraslanovun sözlərinə görə, maliyyə təhlükəsizliyi yalnız ehtiyatların həcmi ilə deyil, onların qorunmasına xidmət edən səmərəli fiskal siyasətlə də təmin olunur.
Komitə sədri qeyri-neft sektorunun büdcə gəlirlərində payının 60 faizi keçməsini, Neft Fondundan büdcəyə transfertlərin tədricən azaldılmasını və büdcə qaydasına riayət edilməsini bu siyasətin əsas göstəriciləri kimi dəyərləndirib.
O vurğulayıb ki, Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri qələbədən sonrakı mərhələdə daha dayanıqlı və rəqabətqabiliyyətli milli iqtisadiyyat qurmaqdır.
A.Əmiraslanov qeyd edib ki, enerji ixracı infrastrukturu, Orta Dəhliz, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat bağlantıları, Xəzər üzərindən logistika imkanları və yaşıl enerji ixracı Azərbaycanın geoiqtisadi əhəmiyyətini artırır.
Komitə sədri əlavə edib ki, 2027-ci il büdcəsi üzrə proqnozların real gəlirlərə çevrilməsi milli iqtisadiyyatın fəallığından, iqtisadi potensialın tam reallaşdırılmasından və etibarlı gəlir bazasının yaradılmasından asılıdır.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 16 Noyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















