Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Azərbaycan Pakistan: İkitərəfli və çoxtərəfli formatlarda sıx əməkdaşlıq

Azərbaycan Pakistan: İkitərəfli və çoxtərəfli formatlarda sıx əməkdaşlıq

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan və Pakistan strateji müttəfiqlər olaraq qarşılıqlı maraqlara əsaslanan münasibətlərini getdikcə dərinləşdirirlər. İki dost ökə arasında siyasi dialoq yüksək intensivliyi ilə fərqlənir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ötən ay Azərbaycana səfəri çərçivəsində azad Laçında Prezident İlham Əliyevlə baş tutan bir sıra mühüm görüşlərin ardından müqəddəs Qurban bayramı ərəfəsində Liderlər arasında  telefon danışığı olub. Eyni zamanda, xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. Liderlər Qurban bayramı münasibətilə bir-birini təbrik edərək ölkələrimizə və xalqlarımıza xoş arzularını çatdırıblar.

Geniş əhatə dairəsinə malik olan qarşılıqlı münasibətlər

Telefon söhbəti zamanı Azərbaycanla Pakistan arasında ikitərəfli iqtisadi, ticari, enerji, sənaye, hərbi, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) bu ilin yayında Azərbaycanın Xankəndi şəhərində keçiriləcək Sammitinin əhəmiyyətinə toxunularaq, bu tədbirin üzv dövlətlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Azərbaycan- Pakistan münasibətləri tarixi bağlara söykənir. Eyni zamanda, müasir dövrdə hər iki ölkə həm dövlətlər, həm də cəmiyyətlər səviyyəsində bir-birinə dərin rəğbət bəsləyir. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra Azərbaycan-Pakistan əlaqələri davamlı şəkildə inkişaf etməklə bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib.

İki ölkə arasında siyasi dialoqun dinamik səciyyə daşımasında liderlər arasında yaranan səmimi münasibətlər xüsusi rol oynayır. Onlar mütəmadi qaydada görüşərək ikitərəfli və çoxtərəfli gündəliklər ətrafında aktual müzakirələr aparırlar. Xatırladaq ki, iki ölkə arasında qarşılıqlı səfərlər Prezident Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib, bir il sonra - 1996-cı ilin aprelində isə Heydər Əliyevin dost ölkəyə rəsmi səfəri baş tutub .

Sonrakı mərhələdə Prezident İlham Əliyevin Pakistana və dost ölkənin dövlət və hökumət rəhbərlərinin Azərbaycana çoxsaylı səfərləri reallaşıb. Pakistanın Baş naziri 2023 və 2024-cü illərdə, həmçinin 2025-ci ilin fevralında ölkəmizə səfər edib. Prezident İlham Əliyev isə 2024-cü ilin iyul ayında Pakistanda dövlət səfərində olub. Həmin səfər zamanı Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.

Siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq Azərbaycanla Pakistan arasında müxtəlif istiqamətlərdə əlaqələr uğurla inkişaf edir. 2024-cü ildə  iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 22 milyon 48 min dollar olub. Bu, əvvəlki illərin göstəricilərinə əsasən, iki dəfədən çox artımın əldə olunması deməkdir. Ancaq aydındır ki, bu rəqəm ölkələrimiz arasındakı ticari potensialını tam şəkildə əks etdirmir. Pakistan tərəfi Azərbaycan şirkətlərinin bu ölkəyə sərmayə qoymasında çox maraqlıdır. Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Pakistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyevin tapşırığı ilə, Pakistandan idxal olunan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt tətbiq edilməklə 2027-ci il dekabrın 31-dək 15 faizdən 0 faizə endirilib.

Azərbaycanla Pakistanın sıx əməkdaşlıq etdiyi istiqamətlərdən biri humanitar sahədədir. İki ölkə arasında humanitar sahədə əməkdaşlığın genişlənməsinə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Fond tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihələr həyata keçirilib.

Böyük perspektiv vəd edən yeni üçtərəfli format

Telefon söhbəti zamanı Azərbaycan Prezidenti və Pakistanın Baş naziri bir neçə gün əvvəl Laçında keçirilmiş ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli görüşləri və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırlayaraq, bütün bunların ölkələrimiz arasında əlaqələrin inkişafına daha da təkan verdiyini qeyd ediblər.

Ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birilərinə dəstək verirlər. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan-Pakistan münasibətləri yeni formatlar çərçivəsində də inkişaf etdirilir. Deyə bilərik ki, Azərbaycan - Türkiyə - Pakistan üçbucağı formalaşıb. Azərbaycan, Pakistan və Türkiyə formatında əməkdaşlıq bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edir, eyni zamanda, regional güc birliyini şərtləndirir.

Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçlü Zirvə görüşünün əsası 2024-cü ilin iİyul ayında Astanada qoyulub. Qazaxıstanın ev sahibliyi etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş baş tutub. Görüşdə  qardaş ölkələrin liderlərinin  üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib.

Astanadan sonra üçtərəfli Zirvənin keçirilməsi növbəsi azad Laçına çatıb. Zirvə görüşünün 28 Mayda - Azərbaycanın Müstəqillik Günündə keçirilməsi böyük rəmzi məna daşıyır. Belə bir gündə Türkiyə və Pakistan kimi güclü ölkələrin Azərbaycanın yanında olması və bu mühüm tarixin birlildə qeyd edilməsi ölkələrimizin bir-birinə nə qədər yaxın olduqlarını təcəssüm etdirir. Bütövlükdə Laçında keçirilən Zirvə görüşü üçtərəfli əlaqələrin inkişafı baxımından böyük rəmzi və strateji əhəmiyyət daşıyır. Üçlük platforması yeni model kimi artıq reallıqdır və dost, qardaş ölkələr asında daha dərin əlaqələr qurulması üçün yeni imkanlar açır.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyun 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri