Icma.az
close
up
RU
Azərbaycan Pakistan münasibətlərinin inkişafına ÇOX VACİB dəyər qatacaq səfər AÇIQLAMA

Azərbaycan Pakistan münasibətlərinin inkişafına ÇOX VACİB dəyər qatacaq səfər AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-25-də Azərbaycanda səfərdə olub. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Səfər zamanı iki dövlət arasında bir çox sahəni əhatə edən sənədlər imzalanıb. 

Dost və qardaş ölkənin Baş nazirinin səfəri Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişaf etməsinə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Vüqar İskəndərov bildirdi ki, Azərbaycan və Pakistan arasındakı münasibətlər çox dərin köklərə bağlıdır:

"İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri tarixin ağır sınaqlarından çıxıb. Pakistan çox nadir ölkələrdən biridir ki, Azərbaycanla olan qardaşlıq və dostluq münasibətlərinə görə heç vaxt Ermənistanı dövlət kimi tanımadı və onunla heç bir münasibət saxlamadı. Pakistan və Azərbaycan arasında bütün sahələrdə yüksək səviyyəli münasibət illər ötdükcə daha da artıb və möhkəmlənib. Azərbaycanın və azərbaycanlıların pakistanlı insanların qəlbində xüsusi bir yeri var və bir faktı qeyd edə bilərik ki, bu sevgi o qədər bağlıdır ki, Pakistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq bu siyasət həmişə davam etdirilib. O cümlədən Azərbaycan üçün də Pakistan həmişə qardaş dövlət olub. 44 günlük Vətən müharibəsi dövründə ölkəmizdə Azərbaycan bayrağı ilə yanaşı, qardaş Türkiyənin və qardaş Pakistanın da bayraqları hər yerdə dalğalanırdı".

Deputat qeyd etdi ki, Pakistan Baş nazirinin ölkəmizə dövlət səfəri ikili münasibətlərə yeni çalarlar qatacaq.

"Cənab prezident mətbuata açıqlamasında iki ölkə arasındakı iqtisadi münasibətləri, siyasi münasibətlərin səviyyəsinə çatdırılması hədəf götürüldüyünü qeyd etdi. Çünki hər iki lider qeyd etdilər ki, bu gün ölkələrimiz arasında ticarət dövriyyəsi iki tərəfi də qane etmir. Bu məsələdə təbii ki, hər iki tərəf çalışmalıdır. Bakıda biznes forumu da təşkil edildi. Həm azərbaycanlı iş adamları, həm pakistanlı iş adamları hər iki ölkədə investisiya qoyulması, ticarətin daha da təşviq edilməsi və inkişaf etdirilməsi üçün çalışacaqlar. Pakistan Baş naziri qeyd etdi ki, Azərbaycanda ticarət nümayəndəliyi açılacaq. Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın rəhbərliyi altında Pakistanda humanitar sahədə, mədəni sahədə bir çox önəmli işlər görülüb və görülməkdədir. O cümlədən hərbi sənaye sahədə qarşıya məqsəd qoyuldu ki, gələcəkdə birgə silah istehsalı da aparılsın. Cənab Prezident qeyd etdi ki, Pakistan silahları artıq sınaqdan çıxıb və Azərbaycan onlardan məmnundur və gələcəkdə bu məsələ davam edəcək. O cümlədən digər neft, qaz və enerji sahəsində də Azərbaycan Pakistana bir çox məhsulları ixracını artıracaq. Ümumiyyətlə, bu səfər Azərbaycan-Pakistan münasibətlərinin inkişafına çox vacib dəyər qatacaq və iki dost ölkənin əlaqələri qarşıdakı illərdə ən yüksək səviyyəyə çatdırılacaq", - deyə V.İskəndərov bildirdi.

Deputat Vüqar Bayramov da vurğuladı ki, Pakistan Azərbaycan üçün vacib tərəfdaş, strateji dostdur və bu, sonrakı dövrlərdə daha da güclənəcək. Onun sözlərinə görə, Azərbaycanla Pakistan arasında strateji əməkdaşlıq var və təbii ki, qarşılıqlı dövlət səfərləri həm də ölkələr arasındakı münasibətlərin daha da dərinləşməsinə xidmət edir:

"Bu kontekstdən son səfər Azərbaycan-Pakistan arasında münasibətlərin inkişafı baxımından yeni bir mərhələnin əsasını qoyacaq. Həm iqtisadi sferada, həm də digər sahələrdə, eyni zamanda regional və qlobal məsələlərdə ölkələrin mövqeyi eynidir. Həmçinin biz həm də bunu iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsində, xüsusən də turizm sahəsində əməkdaşlıqda müşahidə edirik. 2024-cü ildə Pakistandan Azərbaycana gələn turistlərin sayı 46.7 faiz artıb. Bu isə təbii ki, ölkələrin yaxınlaşmasına və dost ölkə olmasını göstərən faktorlardandır".

V.Bayramov əlavə etdi ki, Pakistan Azərbaycanın haqq işinə hər zaman dəstək olan ölkədir:

"İstər Vətən müharibəsində, istər Vətən müharibəsindən əvvəlki və sonrakı dövrlərdə praktiki olaraq ölkələr qlobal və regional məsələlərdə birgə vahid mövqe nümayiş etdiriblər. Ona görə də Azərbaycan üçün Pakistan vacib tərəfdaş, strateji dostdur. Bu səfər də birmənalı şəkildə imkan verəcək ki, tərəflər arasında əməkdaşlığın daha da dərinləşməsi və iki ölkə arasındakı münasibətlərin yeni müstəviyə qədəm qoyması müşahidə olunsun".

Türkan İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Fevral 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri