Azərbaycan paraüzgüçüləri Dünya seriyasının Barselona mərhələsində mübarizəyə başlayır
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Martın 19-dan 22-dək İspaniyanın Barselona şəhərində paraüzgüçülük üzrə Dünya seriyasının növbəti mərhələsi keçiriləcək.
XQ xəbər verir ki, nüfuzlu turnirdə Azərbaycan milli komandası da təmsil olunacaq.
Yarışda ölkəmizin əsas ümidlərindən biri S12 kateqoriyasında çıxış edən təcrübəli paraüzgüçü Raman Saleidir. Bununla yanaşı, S10 kateqoriyasında gənc idmançılar Əli Vəliyev və Murad Məmmədov da bacarıqlarını nümayiş etdirəcəklər. Yeniyetmə üzgüçülər üçün bu turnir beynəlxalq təcrübə baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan paraüzgüçülük komandası yarışa məşqçilər Fyodor Kirillov və Faiq Əsgərovun rəhbərliyi ilə qatılacaq.
Qeyd edək ki, Dünya seriyası paraüzgüçülər üçün ən vacib beynəlxalq yarışlardan biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 19 Mart 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















