Naxçıvanın Bakıdakı “səfirliyi” bağlandı
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
5 noyabrda Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin ləğv edilməsi barədə qərar imzalanıb.
Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri vəzifəsindən bu ilin 28 sentyabrında azad olunmuşdu. O, bu vəzifəni 2014-cü ildən icra edirdi.
12 oktyabrda isə onun yerinə Abbas Muxtarzadə təyin edilmişdi. Yeni təyinatdan cəmi 23 gün sonra nümayəndəlik ləğv olundu.
Abbas Muxtarzadə 26 dekabr 1989-cu ildə Bakıda anadan olub, 2007–2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetində “İnzibati idarəetmə” ixtisası üzrə ali təhsil alıb.
O, 2016-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində baş mütəxəssis kimi fəaliyyətə başlayıb, 2019-cu ildə nümayəndəliyin Əlaqələndirmə sektorunun məsləhətçisi olub. (axar.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 Noyabr 2026 00:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















